Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


K.Маркс и Ф.Энгельс. Сочинения. Т.46. Ч.1, с.214



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə412/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   408   409   410   411   412   413   414   415   ...   540
1027 (1)

K.Маркс и Ф.Энгельс. Сочинения. Т.46. Ч.1, с.214. 

370 


İldir.  Deməli,  öz-özünə  kifayətin  mühitə  münasibəti  qarşılıqlı 

mübadilə münasibətlərinin  sabitliyi və özünün işləməsi  naminə 

nəzarət  qabiliyyəti  deməkdir.  Bu  nəzarət  hər  hansı  pozuntunun 

qarşısını  almaq  qabiliyyətindən  başlayaraq  mühit  ilə 

münasibətini  özü  üçün  əlverişli  şəkildə  qurmaq  qabiliyyətinə 

qədər müxtəlif formada görünə bilər».^^ 

Cəmiyyəti öyrənmək məsələsində fəlsəfi və ümumi sosioloji 

münasibətləri  fərqləndirmək  zəruridir.  Onların  tədqiqat 

obyektinin  -  cəmiyyətin  ümumiliyi  ilə  şərtlənən  ortaq  cəhətləri 

olsa  da  bir-birindən  fərqlənirlər.  Sosiologiyanı  əsasən  «sosial 

struktur»  termini  ilə  göstərilən  tərəf  maraqlandınr.  Bu,  sosial 

sistemin ayrı-ayrı elementlərini bir bütöv halında birləşdirmək və 

təşkil etmək üsuludur. 

Cəmiyyət anlayışının fəlsəfi mənası - fərdlərin bir bütöv kimi 

əlaqə  tipinin  xüsusiyyətlərini  müəyyənləşdirməkdən  ibarətdir. 

Belə  əlaqələrin  əsas  tipləri  bəzən  mənəvi  (Avqustin,  əl-Qəzali, 

T.Akvinat və b.), bəzən konvensional (şərti) (XVII- XVIII əsrin 

bir  sıra  Avropa  filosofları),  bəzən  isə  insanlann  qarşılıqlı 

münasibətinə  əsaslanan  maddi  amillərlə  (Marks)  xarakterizə 

olunur. 


Cəmiyyət  həmişə  konkret-tarixi  formada  mövcud  olur.  İlk 

belə forma qəbilə cəmiyyəti olmuşdur. Əgər insan cəmiyyətinin 

təşəkkül  prosesi  qəbilənin  yaranması  ilə  başa  çatırsa,  insanın 

formalaşması  müasir  tip  insanın,  yəni  şüurlu  insanın  (Ho-  mo 

sapiens) meydana gəlməsi ilə başa çatır. 

İnsan cəmiyyəti - sabitliyi qoruyub saxlama ilə dəyişmənin, 

yaranma  ilə  doğulma  prosesinin  qarşılıqlı  nisbətinin  tamamilə 

yeni  tipidir.  Bu  proseslərin  maddi  və  mənəvi,  ictimai  və  şəxsi, 

əbədi və keçici, zəruri və azad forma və mexanizmləri haqqında 

aydın, dəqiq bilik indiki dövrdə təxirəsalınmaz qlobal, regional 

və lokal problemlərin səmərəli həlli üçün zəruri şərtdir. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   408   409   410   411   412   413   414   415   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə