proletariat diktaturasına
apanr; 3) bu diktaturanın özü yalnız
hər cür siniflərin ləğv edilməsinə
və sinifsiz cəmiyyətə keçidi
təşkil edİD)."”
Marksın bu fikrinin 2-ci və 3-cü hissələrinin əsassız olduğu
sonralar sübut edildi və tarixin inkişafı onlan inkar etdi.
Marksizmə görə sinfi mübarizənin üç forması var: iqtisadi,
ideoloji və siyasi mübarizə. Axınncı ən kəskin mübarizə forması
hesab edilir.
Göstərmək lazımdır ki, sinfin əsas əlaməti kimi istehsal
vasitələrinə münasibətin seçilməsi, ümumiyyətlə cəmiyyətin
izah edilməsinin əsas prinsipi kimi insanlann istehsal
fəaliyyətinin götürülməsi inkişaf etmiş müasir cəmiyyətlərin
(postindustrial, informasion) təhlil edilməsi işində özünü
doğrultmur. Çünki bu cəmiyyətlərdə əhalinin yalnız 1/4 hissəsi
istehsal fəaliyyəti ilə məş^ldur. İnformasiyaya, yüksək ixtisasa,
biliyə, istedada malik olmaq ictimai istehsal vasitələrinə sahib
olmaqdan daha çox imtiyaz gətirir. İstehsal vasitələrinə sahib
olanlann özlərini də aynca qruplara bölmək çətindir.
Sosial-siyasi elmlərdə sinif haqqında aşağıdakı tərifin daha
çox tərəfdan var: müasir cəmiyyətdə öz gəliri, təhsili,
hakimiyyəti, hörməti ilə başqalarından fərqlənən hər bir sosial
qrupa sinif deyilir.
Sosiologiyada dörd əsas stratifıkasiya'*^ tipi məlumdur:
quldarlıq, kasta (silk), təbəqə (zümrə) və sinif Əvvəlki üç tip -
Dostları ilə paylaş: |