ya tamamilə yasaq edilir, ya da xeyli məhdudlaşdınlır. Açıq
cəmiyyətdə isə belə yerdəyişmə rəsmən məhdudlaşdınlmır.
Müasir cəmiyyətdəki sinifləri tarixi inkişafın əvvəlki mərhə-
lələrindəki tarixi formalardan ayırmaq lazımdır. Məsələn,
quldarlıq insanlann tam hüquqsuzluğa və ifrat bərabərsizliyə
məhkum edilməsinin iqtisadi, sosial və hüquqi formasıdır.
Feodalizm cəmiyyəti üçün zümrə təbəqələşməsi xarakterik
olmuşdur. Zümrə elə sosial qrupdur ki, adətdə və yaxud qanunda
möhkəmlənmiş və irsən keçən davranış və imtiyazlara malikdir.
Zümrəyə yaxın olan başqa sosial qrup - kastadır. Kasta elə
qapalı insan qrupudur ki, onun üzvlərini irsən keçən peşə
mənsubiyyəti müəyyənləşdirir.
Marksist izahata görə, əsas və qeyri-əsas siniflər mövcuddur.
Məsələn, kapitalizmdə əsas siniflər burjuaziya və proletariat,
qeyri-əsas isə mülkədarlar, kəndlilər və başqaları hesab edilirlər.
Qeyd etmək lazımdır ki, XX əsrin ikinci yansında ictimai
həyatın xarakteri bir çox keyfiyyətlərə, parametrlərə görə kəskin
dəyişibdir. Hər şeydən əvvəl «əsas və qeyri-əsas siniflər»
anlayışı indi müasir gerçəkliyi hətta təxmini dəqiqliklə də əks
etdirmir. İnkişaf etmiş ölkələrdə fəhlə sinfi artıq vahid sosial
birlik kimi çıxış etmir; onun görüşləri və mövqeyi heç də həmişə
mütərəqqi olmur. Bütövlükdə siniflər bəşəriyyətin sosial qrupları
kimi ictimai həyatı müəyyənləşdirmək qabiliyyətini çoxdan
itiribdir; sinfi mübarizəni isə tarixi prosesin hərəkətverici
qüvvəsi kimi izah edən marksist təlim sadəcə olaraq qəbul
edilməzdir. Sinfi fərqlər hər şeydən əvvəl insanlann maddi rifah
halından və məşğuliyyət növündən asılıdır. XX əsrdə Qərb
cəmiyyətində aşağıdakı siniflər olmuşdur:
ali
i7/ız/(varlı- lar,
sahibkarlar, sənayeçilər və həmçinin istehsal vasitələrinə
bilavasitə nəzarət edən idarəçilər);
Dostları ilə paylaş: