nada sivil xalqların ümumi sərəncamında olan bilik və
təcrübənin birgə kapitalıdır».'^ Texnikanın istehsala təsiri o
qədər əhəmiyyətlidir ki, alim hələ XVIII əsrdən məlum olan
istehsal faktorlarının (torpaq, əmək və kapital) siyahısını
dördüncü amil - texnoloji bilik ilə tamamlayır.
Başqa Amerika alimi C.K.Holbreyt irəli sürdüyü texnokra-
tiya konsepsiyasında T.Veblendə olduğu kimi göstərir ki,
sənaye əvvəlki kimi əsas sosial institut olaraq eyni ictimai
məqsədi həyata keçirir. Özündən əvvəlki ənənəyə sadiq qalan
Holbreyt texnikanı «təşkilatlanmış bilik» kimi ön plana çəkir.
İstehsal sahəsindən başqa məhsulun realizə olunmasını,
planlaşmanı və s. əhatə edən müasir istehsal hədsiz
mürəkkəbliyi, nəhəng miqyası, təkbaşına qərar çıxarmağı
mümkünsüz edir, belə ki, səriştəli qərar böyük həcmdə həddən
artıq müxtəlif informasiyanın alınmasını tələb edir ki, bu da bir
adamın imkanı xaricindədir. Holbreyt hesab edir ki, 1960-70-ci
illərdə yalnız biliyin və təcrübənin cəmi hakimiyyətin qaynağı
idi.
Holbreytin fikrincə yeni texnostruktur meydana gəlibdir. O,
təsdiq edir ki, texnostruktur müasir sənaye texnologiyasının və
planlaşmanın möhtac olduğu müxtəlif texniki biliyə, təcrübəyə
və qabiliyyətə malik olan insanların cəmidir. Faktiki olaraq
qərar qəbul etməyin bütün prosesi Holbreytə görə texnostruk-
turun müstəsna hüququ olur.'"* Onun dediyinə görə dövlət «tex-
nostrukturun icraiyyə komitəsinə» çevrilir.'^
XX əsrin sonunda Amerikanın texnokratik ənənəsində
keyfiyyətcə yeni dəyişikliklər baş verdi və bunu da avtoritar tex-
nokratiyadan tənqidi texnokratiyaya keçid kimi xarakterizə
etmək olar. Nəzəri cəhətdən texnikanın müasir sosial
nəzəriyyəçilərinin
tənqidiliyi
«texnoloji
determinizm»
prinsipinin xeyli yumşaldılmasında, texniki tərəqqiyə mütləq
inamdan imtina edilməsində, yeni texnologiyaların qəbul
edilməsi haqqında qərar çıxarmaq işində iştirak edən müxtəlif
elm nümayəndələrinin tərkibinin genişləndirilməsində öz
ifadəsini tapır. Əvvəl-
Dostları ilə paylaş: