Hüquqi şüur
hüquq hadisələrini bilmək, ayn-ayrı siyasi
qüvvələrin və ya bütün cəmiyyətin mənafeyi və tələbatı ilə
həmin hadisələrin müəyyənləşən qiyməti haqqında hüquqi
görüşlər və nəzəriyyələrin cəminə deyilir.
Hüquqi şüurda mövcud cəmiyyətdə hüququn müxtəlif
subyektlərinin - fərdlərin, müəssisələrin, əmək kollektivlərinin,
təşkilatlann, vəzifəli şəxslərin və s. sosial-iqtisadi fəaliyyəti
haqqında hüquqi qanun kimi qəbul edilmiş normativləri bilmək
və onlan qiymətləndirmək ifadə olunur.
Sosial təbəqələr, millətlər, dövlətlər və s. arasındakı
münasibətləri əks etdirən siyasi şüurdan fərqli olaraq hüquqi
şüur ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələri
baxımından həyatı əks etdirir. Hüquqi şüur - normativ şüurdur, o
ictimai münasibətləri qaydaya salmaq zərurətindən meydana
gəlib. Ona görə də hüquqi şüur siyasi şüur tərəfindən ifadə
edilmiş vəzifələrin həyata keçirilməsini təmin edən vasitə
rolunu oynayır.
Hüquqi şüurun xarakter cəhəti onun hüquq ilə qırılmaz
əlaqədə olmasıdır. Ona görə də burada hüququn təbiəti və
qaynaqları haqqında qısaca bəhs etmək lazımdır.
Bütün hüquqi normalar əxlaq normalarından, dindən,
adətlərdən, ənənələrdən fərqli olaraq dövlət tərəfindən yaradılır
və qanunverici aktlarda təsbit edilir.
Hüquq normaları məcburetmə qüvvəsinə malikdir, həm
yasaq edilmiş, həm də qanuni hərəkətləri müəyyən edir. Əgər
443
cinayət sferasında baş verən əməl hüququ pozursa, hüquq
qanun tərəfindən müəyyən edilmiş cəza vasitəsilə bərpa edilir.
Cəza hüquqi qaydaların qanuni yolla bərpa edilməsidir. Hələ
dövlətin olmadığı ibtidai cəmiyyətlərdə cəza
xüsusi qisas
şəklində çıxış edirdi. Vətəndaş (mülki) cəmiyyətində cəzanı
dövlət tərəfindən qəbul edilmiş qanunlar əsasında
Dostları ilə paylaş: |