hüquqi şüur da tarixən dəyişgəndir. Hüquqi şüur yalnız müasir
444
qanunvericiliyi əks etdirmir, o həm də mövcud hüquqi sistemi
tənqid edə bilər, sosial ədalətin tarixən şərtləndirilmiş nəzəri
idealını ona qarşı qoya bilər.
Hüquqi şüur və hüquq bir qəbildən olan hadisələr olsa da
eyni deyillər. Onlar qırılmaz əlaqələrinə və qarşılıqlı
münasibətlərinə baxmayaraq müxtəlif və nisbətən müstəqil
hadisələrdir. Hüquq - hər şeydən əvvəl həyata keçirilməsi dövlət
hakimiyyətinin qüvvəsi ilə təmin edilən hüquqi qanunlardır.
Hüququn köməkliyi ilə ictimai qaydalar möhkəmlənir. Hüquqi
şüur isə - ümumi icbari xarakter daşımır, dövlətin məcburetmə
qüvvəsi ilə təmin edilmir və cəmiyyətin müxtəlif sosial
təbəqələri və siniflərinin mövqeyindən hüquq və onu
dəyərləndirmək
haqqında
təsəvvürə
malik
olmağın
zəruriliyindən meydana gəlir. Müxtəlif sosial-siyasi qruplar və
təbəqələrin hər birinin özünün spesifik hüquqi şüuru olur.
Əgər hüquq cəmiyyətin sosial-siyasi strukturunun nisbətən
sabit elementi kimi məlum süstlüyə, ətalətə malikdirsə, hüquqi
şüur onun daha çevik və hərəkətdə olan elementi kimi çıxış edir.
Hüquq - ictimai münasibətlərin müstəqil növü deyil, lakin
elə formadır ki, bütün başqa münasibətlər (iqtisadi, siyasi, ailə
və s.) burada özlərini qanuniləşdirir.
Hüquq - cəmiyyətdəki münasibətləri, insanların davranış
qaydalarını, müxtəlif birlik və dövlət orqanlannın fəaliyyətini
tənzimləyən normativ sistemlərdən biridir. Hüquq: 1) dövlətin
gücü ilə qorunan və hamı üçün məcburi olan normalar
sistemidir; 2) cəmiyyətdə insanlar arasındakı münasibətləri
tənzimləyən yuridik normaları və qaydaları öyrənən elmdir
(hüquq- şünaslıq).
Üç növ hüququ ayırmaq olar: 7.
Dostları ilə paylaş: