nimum iqtisadi rifahı və təhlükəsizliyi üçün müstəsna
hüququdur. Buraya xəstəlik vaxtı sosial təminat, işsiz olan vaxt
sosial müdafiə, həmçinin əmək haqqının müəyyən olunmuş
minimumu almaq hüququ daxildir.
Hüquq və siyasət ictimai həyatın qarşılıqlı əlaqədə olan iki
sferasıdır. Hüquq və dövlət arasındakı qarşılıqlı əlaqə
ikitərəflidir: bir tərəfdən dövlət hüquq sistemini təsdiq və qeyd
edir, onu ümumi, hamı üçün məcburi edir; onun pozulmasına
qarşı dövlət təsirli tədbirlər görür. Başqa tərəfdən, dövlətin özü
hüquq tərəfindən müdafiə edilir, onun normal fəaliyyəti təmin
edilir. Siyasət ilə hüquq arasındakı ümumi cəhət odur ki, onların
hər ikisi cəmiyyətin tənzimləyici, qarşılıqlı asılı olan
sistemləridir.
Yalnız hüquqa əsaslanan siyasət cəmiyyəti sabitləşdirən və
birləşdirən ağıllı fəaliyyət hesab edilə bilər. Hüquq və əxlaqdan
kənarda humanist və demokratik siyasətə yer yoxdur.
Dostları ilə paylaş: