Platona görə şər biliyin azlığından yaranır. Əgər insanlar
nəyin düz olduğunu başa düşsələr heç vaxt pis iş törətməzlər.
Lakin problem ondadır ki, düz işi və ya Platonun dediyi kimi
faydalı işi necə mənimsəmək olar? Düzgün həyat haqqında
insanların çeşidli fikirdə olduğu şəraitdə bunu necə həyata
keçirmək olar? Bu suala cavab verən Platon göstərirdi ki, düzgün
həyatın təbiətini dərk etmək intellektual vəzifədir. İnsanları
düzgün həyata hazırlamaq proqramını irəli sürən Platon təhsilin
iki üsulla həyata keçirilməsini tələb edirdi. Bir tərəfdən insanda
yeni xeyirxah davranış vərdişi yaranmalı, digər tərəf- dənsə
riyaziyyat və fəlsəfəni öyrətmək yolu ilə insanda əqli qabiliyyəti
inkişaf etdirmək zəruridir. Onun fikrincə xeyirxahlıq
bəşəriyyətdən asılı olmayaraq mövcuddur.
Kainatı canlı və qanunauyğun bütöv kimi başa düşən Platon
insanı bu Kainatın kiçicik obrazı, mikrokosmos hesab edirdi. Bu
fikrə uyğun olaraq insan yalnız o zaman əxlaqauyğun hərəkət
edir ki, o çoxlu mikrokosmoslan birləşdirən bütövlük qanunlarını
həyata keçirir, polisin, yəni vətəndaş ümumiliyi qanunlannı
təcəssüm etdirir. Platonun əxlaq fəlsəfəsini qanunla
əsaslandınlan hərəkət, əməl fəlsəfəsi adlandırmaq olar.
Dostları ilə paylaş: