4.2.
Platon əxlaq haqqında
Antik fəlsəfədə əxlaq haqqında orijinal fikir söyləyən
Platonun əxlaq fəlsəfəsi haqqında qısa da olsa məlumat vermək
lazımdır.
Platon «əsl əxlaq»ın təbiətini tədqiq etmək üçün iki
analogiya (oxşatma ilə müqayisə) təklif edirdi.
Birinci analogiya
ruh (yəni şəxsiyyət) və bədən arasında
olur. O, sübut edirdi ki, biz sağlam ruh, sağlam bədən və yaxud
xəstə bədən və xəstə ruh haqqında danışa bilərik. Bədənin
sağlamlığı onu təşkil edən elementlərin əsl harmoniyası və
nizamına əsaslanır; ruhun sağlamlığı da analoji olaraq psixi
elementlərin düzgün təşkil edilməsindən asılıdır. Platon ruhun
üç funksional hissəsi olduğunu göstərirdi: 1) ağıl və yaxud
alternativlər haqqında fikirləşmək, onlan müqayisə etmək
qüvvəsi, lazımsız ehtirası əzmək və düşünülmüş yol seçmək; 2)
fərdin təcavüzkar, müharibəni sevən, volyuntarist başlanğıcı; 3)
ehtiraslı istək. Bu üç başlanğıcdan hər biri ruhun sağlamlığı,
xeyirxahlığı işində müəyyən rol oynayır. Ağıl mərdliyi idarə
etməli, tənzimləməlidir və insanın təcavüzkarlığını müdrik,
rəvan yola yönəltməlidir. Sağlam, vacib həyati istək ağıl
tərəfindən tənzimlənməli, zəruri nisbətdə və lazımi dərəcədə
ödənilməlidir.
Dostları ilə paylaş: |