Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə500/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   496   497   498   499   500   501   502   503   ...   540
1027 (1)

4.2.

 

Platon əxlaq haqqında 

Antik  fəlsəfədə  əxlaq  haqqında  orijinal  fikir  söyləyən 

Platonun əxlaq fəlsəfəsi haqqında qısa da olsa məlumat vermək 

lazımdır. 

Platon  «əsl  əxlaq»ın  təbiətini  tədqiq  etmək  üçün  iki 

analogiya (oxşatma ilə müqayisə) təklif edirdi. 

Birinci  analogiya

  ruh  (yəni  şəxsiyyət)  və  bədən  arasında 

olur. O, sübut edirdi ki, biz sağlam ruh, sağlam bədən və yaxud 

xəstə  bədən  və  xəstə  ruh  haqqında  danışa  bilərik.  Bədənin 

sağlamlığı  onu  təşkil  edən  elementlərin  əsl  harmoniyası  və 

nizamına  əsaslanır;  ruhun  sağlamlığı  da  analoji  olaraq  psixi 

elementlərin düzgün təşkil edilməsindən asılıdır. Platon ruhun 

üç  funksional  hissəsi  olduğunu  göstərirdi:  1)  ağıl  və  yaxud 

alternativlər  haqqında  fikirləşmək,  onlan  müqayisə  etmək 

qüvvəsi, lazımsız ehtirası əzmək və düşünülmüş yol seçmək; 2) 

fərdin təcavüzkar, müharibəni sevən, volyuntarist başlanğıcı; 3) 

ehtiraslı  istək.  Bu  üç  başlanğıcdan  hər  biri  ruhun  sağlamlığı, 

xeyirxahlığı  işində  müəyyən  rol  oynayır.  Ağıl  mərdliyi  idarə 

etməli,  tənzimləməlidir  və  insanın  təcavüzkarlığını  müdrik, 

rəvan  yola  yönəltməlidir.  Sağlam,  vacib  həyati  istək  ağıl 

tərəfindən  tənzimlənməli,  zəruri  nisbətdə  və  lazımi  dərəcədə 

ödənilməlidir. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   496   497   498   499   500   501   502   503   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə