PAULUN
QALAT YALILARA MƏ KTUBU
G R Ş
Paulun bu məktubu Asiyadakı Roma vilayətlərindən biri olan Qalatiya
imanlılarına ünvanlanıb. Məktubun əsas mövzusu Yəhudi olmayan
millətlərin sa Məsihi öz Rəbbi və Xilaskarı olaraq qəbul etdikdə Tövratın
qanunlarına əməl edib-etməmək məsələsidir. Paul qanuna əməl etmənin
vacib olmadığını sübut edirdi. O yazır ki, Məsihlə birgə həyat yalnız imana
ə
saslanmalıdır. Lakin Qalatiyadakı cəmiyyətlərin bir neçəsi Paula qarşı
çıxmış və Allahla düzgün münasibətlər qurmaq üçün Tövratın qanunlarına
ə
məl etməyi tələb etmişdi.
Paulun Qalatiyalılara məktub yazmağının məqsədi bu yanlış təlimlə
aldanmış adamları həqiqi iman yoluna və əsl məsihçi dəyərlərinə qaytarmaq
idi. Paul həm də sa Məsihin həqiqi həvarisi kimi öz hüquqlarını müdafiə
edirdi. O yazır ki, Allah onu Yəhudi olmayan xalqlar üçün həvari olmağa
çağırmışdı. Sonra Paul Allahla insanlar arasındakı düzgün münasibətlərin
yalnız iman vasitəsilə qurulmasını vurğulayır. Sonuncu fəsillərdə Paul
göstərir ki, məsihçi davranışı Məsihə iman etməkdən qaynaqlanan
məhəbbətə əsaslanmalıdır.
Kitabın mə zmunu:
1:1-10 Giriş
1:11-2:21 Paulun həvari kimi səlahiyyəti
3:1-4:31 Allahın lütf müjdəsi
5:1-6:10 Məsihdə azadlıq və məsuliyyət
6:11-18 Son öyüdlər və salamlar
1
1
Nə insanlardan, nə də insan vasitəsilə, yalnız sa Məsih və Onu ölülər
arasından dirildən Ata Allah vasitəsilə həvari təyin olunan mən Pauldan
2
və
mənimlə olan bütün qardaşlardan Qalatiyada
a
olan imanlı cəmiyyətlərə
salam!
3
Atamız Allahdan və Rəbb sa Məsihdən sizə lütf və sülh olsun!
4
Atamız Allahın iradəsinə görə Məsih günahlarımız üçün Özünü fəda etdi
ki, bizi indiki şər dövründən qurtarsın.
5
Allaha əbədi izzət olsun! Amin.
a
1:2 Qalatiya – indiki Türkiyə ərazisində olmuş bir vilayət.
Tə k Müjdə
6
Heyrətlənirəm ki, Məsihin lütfü ilə sizi çağıran Allahı belə tezliklə tərk
edib başqa bir müjdəyə tərəf dönürsünüz.
7
Ə
slində başqa müjdə yoxdur.
Amma sizi lərzəyə salıb Məsihin Müjdəsini təhrif etmək istəyənlər vardır.
8
Amma istər biz, istərsə göydən gələn bir mələk belə, bizim sizə yaydığımız
Müjdəyə zidd bir şeyi müjdə kimi yaysa, ona lənət olsun!
9
Ə
vvəlcə
dediyimizi indi bir daha deyirəm: kim sizə qəbul etdiyiniz Müjdəyə zidd bir
ş
ey yayırsa, ona lənət olsun!
10
ndi mən insanları, yoxsa Allahı məmnun
etməyi axtarıram? Yoxsa insanlarımı razı salmağa çalışıram? Əgər mən hələ
də insanları razı salmaq istəsəydim, Məsihin qulu olmazdım.
Paul Mə sihin hə varisi olur
11
Qardaşlar, sizə bəyan edirəm ki, mənim yaydığım Müjdənin mənbəyi
insan deyil.
12
Çünki mən onu insandan almadım və insan tərəfindən də
öyrədilmədim. Bunu mənə sa Məsih vəhy vasitəsilə açdı.
13 *
Yəhudi dininə bağlı olduğum günlərdə mənim necə həyat sürdüyümü
eşitdiniz. Mən Allahın cəmiyyətini hədsiz təqib edir, onu dağıdırdım.
14
Yəhudi dinində soydaşlarım arasında yaşıdlarımın bir çoxundan daha
irəlidə idim. Ata-babalarımın adət-ənənələrinin qeyrətini həddindən artıq
çəkirdim.
15 *
Amma hələ anamın bətnindən məni seçib lütfü ilə çağıran Allah
16
Öz Oğlu ilə bağlı Müjdəni başqa millətlər arasında yayım deyə Onu mənə
zahir etməyə razı olanda dərhal insanlarla məsləhətləşmədim.
17
Yerusəlimə,
məndən qabaq həvari olanların yanına da getmədim, amma Ərəbistana
getdim, sonra yenə Dəməşqə qayıtdım.
18 *
Üç il keçəndən sonra isə Kefa
b
ilə tanış olmaq üçün Yerusəlimə getdim
və on beş gün onun yanında qaldım.
19
O biri həvarilərin heç birini
görmədim. Yalnız Rəbbin qardaşı Yaqubu gördüm.
20
Allahın önündə sizə
yazdıqlarımın yalan olmadığını deyirəm.
21
Sonra Suriya və Kilikiya
diyarlarına getdim.
22
Yəhudeyanın Məsihdə olan cəmiyyətləri isə məni
şə
xsən tanımırdılar.
23
Yalnız bu sözü eşidirdilər: «Bir zaman bizi təqib edən
şə
xs vaxtilə yox etməyə çalışdığı imanı müjdələyir».
24
Beləliklə, mənə görə
Allahı izzətləndirirdilər.
2
*
1:13-14 Həv. 8:3; 22:2-5; 26:9-11
*
1:15-16 Həv. 9:3-6; 22:6-10; 26:13-18
*
1:18 Həv. 9:26-30
b
1:18 Kefa – yəni Peter. Bax: Yəhya 1:42.
Digə r hə varilə r Paulu qə bul edir
1
On dörd il keçəndən sonra isə Barnaba ilə birlikdə Titi də özümlə götürüb
yenə Yerusəlimə getdim.
2
Vəhy vasitəsilə getdim. Başqa millətlər arasında
vəz etdiyim Müjdəni onlara, etibarlı olanlara şəxsən təqdim etdim ki, boş
yerə cəhd etməyim yaxud da cəhd etmiş olmayım.
3
Yanımda olan Tit də
Yunan olduğu halda sünnət olunmağa məcbur edilmədi.
4
Bu iş aramıza
gizlicə soxulan yalançı qardaşlar üzündən oldu. Onlar Məsih sada malik
olduğumuz azadlığı əl altından öyrənib bizi kölə etmək üçün gizlicə aramıza
girdilər.
5
Onlara bir anlıq da olsa, baş əyib təslim olmadıq ki, Müjdənin
həqiqəti sizinlə qalsın.
6 *
Etibarlı sayılan şəxslərə gəlincə, kim olursa olsun mənə vacib deyil,
Allah insanlara tərəfkeşlik etməz. Lakin bu etibarlı sayılan şəxslər mənim
dediklərimə heç nə artırmadılar.
7
Ə
ksinə, sünnətlilərə
c
Müjdə yaymaq işi
Peterə tapşırıldığı kimi sünnətsizlər
d
arasında Müjdə yaymaq işinin mənə
tapşırıldığını gördülər.
8
Çünki sünnətlilərə həvari olması üçün Peterdə fəal
olan Allah başqa millətlər üçün məndə də fəal oldu.
9
Cəmiyyətin sütunları
sayılan Yaqub, Kefa və Yəhya mənə bağışlanan lütfü tanıdıqda mənə və
Barnabaya sağ əllərini uzatdılar ki, şərikliyimiz olsun. Ona görə ki biz başqa
millətlərin, onlarsa sünnətlilərin yanına getsin.
10
Yalnız yoxsulları yad
etməyimizi istədilər, mən də məhz bunu icra etməyə səy göstərdim.
Paul Antakyada Peteri mə zə mmə tlə yir
11
Kefa Antakyaya gəldikdə isə şəxsən ona qarşı çıxdım, ona görə ki
tənqidə layiq idi.
12
Çünki Yaqubun yanından bəzi adamlar gəlməmişdən
ə
vvəl Peter başqa millətlərdən olanlarla yemək yeyirdi. Həmin adamlar
gəldikdə isə sünnət tərəfdarlarından qorxaraq başqa millətlərin yanından
çəkilib ayrı durdu.
13
Onunla birlikdə o biri Yəhudilər də ikiüzlülük etdilər.
Hətta Barnaba belə, onların ikiüzlülüyünə qapıldı.
14
Amma mən Müjdənin
həqiqətinə görə düzgün riayət etmədiklərini görəndə hamının qarşısında
Kefaya dedim: «Əgər sən Yəhudi olduğun halda Yəhudi kimi deyil, başqa
millətlərdən biri kimi yaşayırsansa, necə başqa millətləri Yəhudi kimi
yaşamağa məcbur edirsən?»
15
Biz anadangəlmə Yəhudilərik, başqa millətdən olan «günahkarlar»
deyilik.
16 *
Lakin biz bilirik ki, insan Qanuna əməl etməklə deyil, yalnız sa
Məsihə iman etməklə saleh sayılır. Biz də Məsih saya iman etdik ki,
*
2:6 Qanun. 10:17
c
2:7 Sünnətlilər – yəni Yəhudilər.
d
2:7 Sünnətsizlər – yəni başqa millətlər.
*
2:16 Zəb. 143:2; Rom. 3:20,22
Qanuna əməl etməklə deyil, Məsihə olan imanla saleh sayılaq. Çünki
Qanuna əməl etməklə heç bir insan saleh sayılmaz.
17
Ə
gər biz Məsihdə
saleh sayılmaq istərkən özümüz günahkar çıxsaq, belə çıxır ki, Məsih günah
xidmətçisidir? Əsla!
18
Ə
gər mən əvvəlcə yıxdığımı yenidən tikirəmsə,
özümü Qanunu pozan olaraq göstərirəm.
19
Çünki mən Qanun vasitəsilə
Qanuna münasibətdə öldüm
e
ki, Allah üçün yaşayım.
20
Məsihlə birlikdə
çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. ndi cismən
yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın
Oğluna olan imanla yaşayıram.
21
Allahın lütfünü rədd etmirəm. Çünki əgər
salehlik Qanun vasitəsilə qazanıla bilsəydi, deməli Məsih boş yerə öldü.
3
Qanun və iman
1
Ey ağılsız Qalatiyalılar! Sizi kim tilsimlədi?
f
sa Məsihin çarmıxa
çəkilməsi gözləriniz önündə açıqca təsvir olundu!
2
Sizdən yalnız bunu
öyrənmək istəyirəm: Ruhu Qanuna əməl etməklə, yoxsa eşitdiyinizə iman
etməklə aldınız?
3
Siz bu qədərmi ağılsızsınız? Ruhla başlayandan sonra indi
cismani səyləmi bitirirsiniz?
4
Boş yerəmi o qədər əzab çəkdiniz? Həqiqətən,
bunlar boş yerə idi?
5
Bəs sizi Ruhla təmin edən və aranızda möcüzələr
yaradan Allah bunları Qanuna əməl etməyinizlə, yoxsa eşitdiyinizə iman
etməyinizlə icra edir?
6 *
Məsələn, « brahim Allaha iman etdi və bu ona salehlik sayıldı».
7 *
ndi
isə bunu bilin ki, brahimin övladları imana əsaslananlar olur.
8 *
Müqəddəs
Yazı Allahın başqa millətləri imanları ilə saleh sayacağını qabaqcadan görüb
brahimə «bütün millətlər sənin vasitənlə xeyir-dua alacaq» deyərək
Müjdəni qabaqcadan bildirdi.
9
Beləliklə, imana əsaslananlar iman etmiş
olan brahimlə birlikdə xeyir-dua alırlar.
10 *
Qanuna əməl etməyə əsaslananların hamısı lənət altındadır. Çünki
yazılıb: «Qoy Qanun kitabında yazılan hər şeyə riayət etməyən, onu təsdiq
e
2:19 Qanuna münasibə tdə öldüm – yəni Qanunun mə nim üzə rimdə ki
hakimiyyə tində n qurtuldum.
f
3:1 Tilsimlə di? – bəzi əlyazmalarda tilsimlə di ki, hə qiqə tə itaə t
etmə yə siniz?
(Qal. 5:7).
*
3:6 Yar. 15:6; Rom. 4:3; Yaq. 2:23
*
3:7 Rom. 4:16
*
3:8 Yar. 12:3
*
3:10 Qanun. 27:26
etməyən hər kəsə lənət olsun!»
11 *
Aydındır ki, Allah qarşısında heç kim
Qanun vasitəsilə saleh sayılmır, çünki «saleh adam imanla yaşayacaq».
12 *
Qanun isə imana əsaslanmamışdır. Əksinə, «bu şeyləri yerinə yetirən
adam bunların sayəsində yaşayacaq».
13 *
Məsih bizim uğrumuzda
lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdan
asılan hər kəsə lənət olsun!»
14
Belə ki brahimin aldığı xeyir-dua Məsih
sada bütün başqa millətlərin üzərinə gəlsin və biz vəd edilmiş Ruhu iman
vasitəsilə alaq.
Qanun və Allahın vədi
15
Qardaşlar, insan düşüncəsi əsasında deyirəm: hətta insanın belə təsdiq
etdiyi əhdi heç kəs ləğv edə bilməz yaxud da ona heç bir şey əlavə edə
bilməz.
16 *
Vədlər yalnız brahimə və onun nəslinə verildi. Allah çox adam
barədə danışırmış kimi «və nəslindən olanlara» yox, tək bir adam barədə
danışaraq «və sənin nəslindən olana» deyir; bu «nəslindən olan» Məsihdir.
17 *
Bunu demək istəyirəm: Allahın təsdiq etdiyi
g
Əhdi bundan dörd yüz otuz
il sonra gələn Qanun qüvvədən sala bilməz ki, vədi ləğv etsin.
18 *
Çünki əgər
irs Qanuna əsaslanırsa, artıq vədə əsaslanmır. Amma Allah brahimə irsi vəd
vasitəsilə lütfə görə verdi.
19
Bəs Qanun nə üçündür? Qanun Əhdi pozanları təqsirləndirmək üçün
ə
lavə olundu. Vədi alan və brahimin nəslindən olan Şəxs gələnə qədər
qüvvədə qalmalı idi. Mələklər vasitəsilə, bir vasitəçi əli ilə tərtib edildi.
20
Vasitəçi tək bir nəfərə aid deyildir, Allah isə birdir.
Qanunun mə qsə di
21
Deməli, Qanun Allahın vədlərinə ziddirmi? Əsla! Çünki əgər həyat
verməyə qadir olan bir Qanun verilsəydi, salehlik, həqiqətən, Qanunla
gələrdi.
22
Lakin Müqəddəs Yazı bütün kainatı günahın əsiri elan etdi ki, sa
Məsihə olan imanla vəd olunan şeylər iman edənlərə verilsin.
23
Amma bu iman gəlməzdən qabaq biz Qanun altında saxlanmışdıq,
gələcək iman zühur edənə qədər əsir tutulmuşduq.
24
Yəni Qanun bizə
Məsihə qədər yol göstərən mürəbbimiz oldu ki, imanla saleh sayılaq.
*
3:11 Hab. 2:4
*
3:12 Lev. 18:5
*
3:13 Qanun. 21:22-23
*
3:16 Yar. 12:7; 13:14-15
*
3:17 Çıx. 12:40
g
3:17 Tə sdiq etdiyi – bəzi əlyazmalarda Mə sih barə sində tə sdiq etdiyi.
*
3:18 Rom. 4:14
25
Amma iman gəldiyinə görə biz artıq mürəbbinin əli altında deyilik.
26
Siz hamınız Məsih saya olan iman vasitəsilə Allahın övladlarısınız.
27
Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz.
28
Artıq
Yəhudi ilə Yunan, qulla azad, kişi ilə qadın arasında fərq yoxdur. Çünki
hamınız Məsih sada birsiniz.
29 *
Ə
gər Məsihə aidsinizsə, deməli, brahimin
nəslindənsiniz və vədə görə varissiniz.
4
1
Mən bunu deyirəm: varis hər şeyin sahibi olsa da, uşaqlıq vaxtında
kölədən fərqlənmir.
2
O, atasının təyin etdiyi vaxta qədər qəyyumların və
idarəçilərin nəzarəti altındadır.
3
Bunun kimi biz də ruhani tərəfdən uşaq ikən
dünyanın ibtidai təlimlərinə kölə idik.
4 *
Lakin vaxt tamam olanda Allah
qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi ki,
5
Qanun altında
olanları satın alsın və biz övladlığa götürülək.
6
Övladlar olduğunuz üçün
Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə
göndərdi.
7
Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa,
həmçinin Allahın təyin etdiyi varissən.
Paulun Qalatiyalılar üçün qayğ ıları
8
Ə
vvəllər Allahı tanımadığınız vaxt təbiətcə allah olmayanların kölələri
idiniz.
9
ndi isə siz Allahı tanıdınız, daha doğrusu, Allah tərəfindən
tanındınız. Necə olur ki, təkrarən zəif və dəyərsiz olan ibtidai təlimlərə
qayıdırsınız? Yenidən onların köləsimi olmaq istəyirsiniz?
10
Xüsusi günlərə,
aylara, mövsümlərə və illərə riayət edirsiniz!
11
Sizin üçün qorxuram, bəlkə
sizə görə boş yerə zəhmət çəkmişəm.
12
Qardaşlar, sizə yalvarıram, mənim kimi olun, çünki mən də sizin kimi
oldum. Siz mənə heç bir haqsızlıq etməmisiniz.
13
Bildiyiniz kimi, mən
Müjdəni ilk dəfə sizə cismən zəif olaraq vəz etmişdim.
14
Cismani
vəziyyətim sizin üçün çətin bir sınaq oldusa da, nə mənə xor baxdınız, nə də
məni rədd etdiniz. Hətta məni, Allahın bir mələyini, Məsih sanı qəbul edər
kimi qəbul etdiniz.
15
ndi o xoşbəxtliyiniz necə oldu? Sizin haqqınızda
şə
hadət edirəm ki, əgər mümkün olsaydı, gözlərinizi çıxardıb mənə
verərdiniz.
16
Məgər sizə həqiqəti söylədiyim üçün sizin düşməniniz oldum?
17
Onlar sizin qeyrətinizi çəkirlər, amma yaxşı niyyətlə deyil. Siz onların
qeyrətini çəkəsiniz deyə sizi məndən ayırmaq istəyirlər.
18
Yaxşı niyyətlə
olarsa, qeyrətimi çəkməniz yaxşıdır, amma bu, yalnız yanınızda olduğum
vaxt deyil, daimi olsun.
19
Övladlarım! Məsihin surəti sizdə yaradılana qədər,
*
3:29 Rom. 4:13
*
4:4-7 Rom. 8:15-17
sizlər üçün yenə doğuş ağrısı çəkirəm.
20
ndi yanınızda olmaq və səsimi
dəyişdirmək istəyirdim. Bu halınıza çaşıb-qalmışam.
Sara ilə Hə cə rin mə sə li
21
Ey Qanun altında yaşamaq istəyənlər, mənə deyin görüm, Qanunun nə
dediyini eşitməmisinizmi?
22 *
brahimin iki oğlu olduğu yazılmışdır. Bir oğlu
cariyədən, o biri oğlu isə azad qadından
h
doğulmuşdu.
23
Cariyədən doğulan
bəşəri arzusundan, azad qadından doğulan isə vədə görə doğulmuşdu.
24
Burada bir məcaz var. Çünki bu qadınlar iki Əhdi təmsil edir. Biri Sina
dağındandır, köləlik üçün uşaq doğur. Bu, Həcərdir.
25
Həcər Ərəbistandakı
Sina dağını təmsil edir və indiki Yerusəlimə bənzəyir. Çünki indiki
Yerusəlim övladları ilə birlikdə köləlikdədir.
26
Səmavi Yerusəlim isə
azaddır, o bizim anamızdır.
27 *
Çünki yazılıb:
«Şənlən, ey sonsuz, qısır qadın!
Sevinclə mahnı oxu, qışqır,
Ey doğuş ağrısı çəkməyən qadın!
Çünki atılmış qadının övladları
Ə
rli qadının övladlarından çoxdur».
28
Sizsə, qardaşlar, shaq kimi vədə görə doğulan övladlarsınız.
29 *
Amma o
zaman bəşər arzusundan doğulan şəxs Ruhun gücü ilə doğulan şəxsi necə
təqib etdisə, indi də belədir.
30 *
Bəs Müqəddəs Yazı nə deyir? «Cariyəni və
onun oğlunu qov. Çünki cariyənin oğlu azad qadının oğlu ilə birgə varis
olmayacaq».
31
Buna görə, qardaşlar, biz cariyənin deyil, azad qadının
övladlarıyıq.
5
Mə sihin verdiyi azadlıq
1
Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durun
i
və yenidən köləlik boyunduruğuna tabe olmayın.
2
Budur, mən Paul sizə deyirəm: əgər siz sünnət olunsanız, Məsih sizə heç
bir fayda verməz.
3
Sünnət olunan hər adama yenə şəhadət edirəm ki, elə bir
*
4:22 Yar. 16:15; 21:2-3
h
4:22 Cariyə də n … azad qadından – yəni Həcərdən … Saradan.
*
4:27 Yeş. 54:1
*
4:29-30 Yar. 21:9-10
*
4:30 Yar. 21:10,12
i
5:1 Mə sih … durun – bəzi əlyazmalarda Ona görə də Mə sihin bizə verdiyi
azadliqda möhkə m durun.
adam bütün Qanuna əməl etməyə borcludur.
4
Ey Qanun vasitəsilə saleh
sayılmaq istəyənlər, siz Məsihdən ayrıldınız, Allahın lütfündən uzaq
düşdünüz.
5
Amma biz Ruh vasitəsilə imanla saleh sayılacağımıza ümid
bağlayıb onu həvəslə gözləyirik.
6
Məsih sada sünnətlilik də, sünnətsizlik də
ə
həmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə məhəbbətlə fəal olan
imandır.
7
Yaxşı irəliləyirdiniz. Axı həqiqətə itaət etmə yolunuzu kim kəsdi?
8
Belə
inandırılmağınız sizi Çağıranın istəyi deyil.
9 *
Azacıq maya bütün xəmiri
acıdır.
10
Mən Rəbdə sizə etimad edirəm ki, başqa cür düşünməyəsiniz. Sizi
lərzəyə salansa, kim olursa olsun, öz cəzasını çəkəcək.
11
Amma, qardaşlar,
ə
gər mən hələ də sünnəti vəz edirəmsə, nə üçün hələ də təqibə məruz
qalıram? Elə olsaydı, onlara büdrəmə daşı olan çarmıx ləğv olunardı.
12
Ah,
kaş sizi çaşdıranlar özlərini axtalayaydılar!
Cismani tə biə t və Müqə ddə s Ruh
13
Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani
təbiət üçün fürsətə çevirməyin, lakin bir-birinizə məhəbbətlə qulluq edin.
14 *
Bütün Qanun tək bir sözdə tamamlanır: «Qonşunu özün kimi sev».
15
Ə
gər siz bir-birinizi didib-yeyirsinizsə, ehtiyatlı olun ki, bir-birinizi tələf
etməyəsiniz.
16
Mən bunu deyirəm: Müqəddəs Ruha görə həyat sürün, o zaman siz
cismani təbiətin ehtirasını əsla icra etməzsiniz.
17
Çünki cismani təbiət Ruha
zidd və Ruh cismani təbiətə zidd olanı arzulayır. Onlar bir-birinə qarşı durur
ki, siz istədiyinizi etməyəsiniz.
18
Amma Müqəddəs Ruhun rəhbərliyi altında
olsanız, siz Qanun altında deyilsiniz.
19
Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar cinsi əxlaqsızlıq,
j
murdarlıq, pozğunluq,
20
bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə,
qısqanclıq, hiddət, özünü göstərmə, nifaq, təfriqələr,
21
paxıllıq,
k
sərxoşluq,
eyş-işrət və buna bənzər şeylərdir. Sizə əvvəllər xəbərdarlıq etdiyim kimi
indi də xəbərdarlıq edirəm ki, bunları edənlər Allahın Padşahlığını irs
almayacaqlar.
22
Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir,
xeyirxahlıq, yaxşılıq, sədaqət,
23
həlimlik, nəfsə hakim olmaq. Bu kimi
ş
eylərə qarşı qanun yoxdur.
24
Məsih saya məxsus olanlar isə öz həvəs və
ehtirasları ilə birlikdə cismani təbiəti çarmıxa çəkdilər.
25
Madam ki, biz
*
5:9 1Kor. 5:6
*
5:14 Lev. 19:18
j
5:19 Cinsi əxlaqsızlıq – bəzi əlyazmalarda zinakarlıq, cinsi əxlaqsızlıq.
k
5:21 Paxıllıq – bəzi əlyazmalarda paxıllıq, qatillik.
Ruha görə yaşayırıq, Ruha görə də rəftar edək.
26
Ş
öhrətpərəst olmayaq, bir-
birimizi hirsləndirməyək, bir-birimizə paxıllıq etməyək.
6
Bir-birinizin yüklərini daşıyın
1
Qardaşlar, əgər bir adam bir təqsir üstündə tutulsa, siz ruhanilər onu
həlimlik ruhu ilə bərpa edin. Sən də sınağa düşməmək üçün özünə fikir ver.
2
Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra edin.
3
Çünki əgər kimsə heç olduğu halda özünü əhəmiyyətli sanırsa, öz-özünü
aldadır.
4
Qoy hər kəs öz əməlini yoxlasın və onda başqasının etdikləri ilə
deyil, yalnız öz etdikləri ilə fəxr edəcək.
5
Çünki hər kəs öz üzərinə düşən
yükü daşımalıdır.
6
Kəlam haqqında təlim alan, təlim verənlə hər cür neməti bölüşdürsün.
7
Aldanmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə, onu da
biçəcək.
8
Öz cismani təbiəti üçün əkən, bu təbiətdən məhv biçəcək. Ruh
üçün əkənsə Ruhdan əbədi həyat biçəcək.
9
Yaxşılıq edərkən ruhdan
düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik.
10
Buna görə də
nə qədər fürsətimiz varsa, hamı üçün, xüsusən imanlılar ailəsi üçün yaxşı
işlər görək.
Son öyüdlər və salamlar
11
Baxın, sizə öz əlimlə necə böyük hərflərlə yazdım!
12
Zahirən və cismən
yaxşı təsir buraxmaq istəyənlər yalnız Məsihin çarmıxı üzündən təqib
olunmamaq üçün sizi sünnət olunmağa məcbur edirlər.
13
Axı sünnət
olunanların özləri də Qanuna riayət etmirlər. Lakin sizin sünnət olunmanızı
istəyirlər ki, sizin cisminizlə öyünsünlər.
14
Mənsə Rəbbimiz sa Məsihin
çarmıxından başqa şeylə əsla öyünmərəm. Bunun vasitəsilə dünya mənim
üçün çarmıxa çəkildi, mən də dünya üçün çarmıxa çəkildim.
15
Çünki
l
ə
həmiyyət kəsb edən sünnətlilik yaxud sünnətsizlik deyil, yeni yaradılışdır.
16
Nə qədər bu qaydaya riayət edənlər varsa, onların üzərinə, Allahın sraili
üzərinə sülh və mərhəmət gəlsin.
17
Bundan sonra qoy heç kim mənə əziyyət verməsin. Çünki mən sanın
yara izlərini bədənimdə daşıyıram.
18
Qardaşlar, Rəbbimiz sa Məsihin lütfü ruhunuza yar olsun! Amin.
l
6:15 Çünki – bəzi əlyazmalarda Çünki Mə sih sada.
Dostları ilə paylaş: |