Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Культурология XX в. Словарь. СПб. «Университетская книга». 1997. с.291



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə499/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   495   496   497   498   499   500   501   502   ...   540
1027 (1)

Культурология XX в. Словарь. СПб. «Университетская книга». 1997. с.291. 

461 


Dəyər və dəyərin istiqamətləndirilməsi sistemi, etik duyğular

əxlaqi  mühakimələr,  həmçinin  əxlaqi  ideallar  əxlaqi  şüurun 

tərkib hissələridir. 

Başqa  mənəvi  dəyərlərə  münasibətdə  olduğu  kimi  əxlaqi 

şüurun da iki səviyyəsi olduğu qəbul edilib: adi-praktiki və nəzəri 

səviyyələr. Əgər adi-praktiki səviyyədə cəmiyyətin real adətləri, 

əməli  davranışları  əks  olunursa,  nəzəri  səviyyədə  cəmiyyət 

tərəfindən  proqnozlaşdırılan  ideal  formalaşır.  Əxlaqi  şüurun 

ideal-nəzəri səviyyəsi daha çox əxlaq adlanır. Əxlaq real mövcud 

olana tənqidi yanaşır, indikində idealın rüşeymlə- rini axtarır. 

Əxlaq  -  insanın  xeyir  və  şər,  ədalət  və  ədalətsizlik,  borc, 

vicdan,  vicdansızlıq  və  s.  haqqında  təsəvvürlərini  ifadə  edən 

qayda  və  normalann  məcmusudur.  Əxlaq  həyatın  bütün 

sferalarında  -  əməkdə,  siyasətdə,  məişət  və  ailədə,  elm  və 

mədəniyyətdə insanın davranışını nizamlayır. 

insan  mahiyyətinin  təzahürü  kimi  mənəviyyat  özlüyündə 

insan  simasını  müəyyənləşdirən  əsas  əlamətdir.  Əxlaqi 

davranışlar  insanın  elə  əlamətidir  ki,  onsuz  ümumiyyətlə 

cəmiyyətin mövcudluğu mümkün deyil. Bu mənada əxlaqi şüur 

insan cəmiyyətinin tərəqqisi, onun humanistləşməsi üçün zəruri 

amildir. 

Əxlaqı  -  iradənin  ağılı  adlandıran  Hegel  təsdiq  edirdi  ki, 

«insan nə qədər ki, özü öz ağası deyil, o heç vaxt təbiətin ağası 

ola  bilməz».  Onun  etik  görüşləri,  xüsusən  onun  «ümumi 

insansevərlik» borcu və vəzifələri haqqındakı düşüncələri Kantın 

etik  görüşləri  ilə  həmahəng  səslənir.  Hegelin  etik  görüşləri 

bütövlükdə  alman  klassik  fəlsəfəsi  üçün  xarakterik  olan 

humanizm ruhu ilə doludur. 

Beləliklə, «etika» anlayışı iki mənada işlədilir. İlk növbədə 

0

 

əxlaqi prinsiplər və ümumiyyətlə əxlaqın intellektual qaynağı və 



onun  əsaslandırılması  haqqında  nəzəriyyənin  tədqiqini  nəzərdə 

tutur.  İkincisi,  bu  söz  fərdlərin  və  yaxud  müxtəlif  peşə 

nümayəndələrinin 

rəhbər 


tutduqları 

konkret 


davranış 

prinsiplərini ifadə edir. Məsələn, əmək etikası, müəllim etikası, 

biznes etikası, həkimlik etikası və s. kimi fərqli etikalar var. 

462 



Əxlaq fəlsəfəsi başlıca olaraq sözün yuxanda göstərilən birinci 

mənasında çıxış edir. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   495   496   497   498   499   500   501   502   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə