Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə501/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   497   498   499   500   501   502   503   504   ...   540
1027 (1)

İkinci  analogiya

  Platona  görə  insanın  ruhu  bütövlükdə  və 

cəmiyyət  arasında  olur.  Ruhda  özünün  funksiyaları  və  birinin 

başqasına ağılla müəyyənləşən tabeolma qaydaları olan bir neçə 

başlanğıc  olduğu  kimi,  cəmiyyətdə  də  xüsusi  funksiyaları  və 

bir-biri  ilə  ünsiyyətdə  müvafiq  sosial  münasibətləri  olan 

vətəndaşların bir sıra qrupları olur. Ağıl ruhu idarə etdiyi kimi, 

ən müdrik vətəndaşlar da cəmiyyəti idarə etməlidir. Çünki onlar 

cəmiyyət üçün yaxşı olan nə varsa həmin keyfiyyətə malikdir, 

ziyanlı  istək  həvəsindən  qorunmaq  üçün  özünü  ağılın 

nəzarətində saxlaya bilir. 

463 



Platona  görə  şər  biliyin  azlığından  yaranır.  Əgər  insanlar 

nəyin  düz  olduğunu  başa  düşsələr  heç  vaxt  pis  iş  törətməzlər. 

Lakin  problem  ondadır  ki,  düz  işi  və  ya  Platonun  dediyi  kimi 

faydalı  işi  necə  mənimsəmək  olar?  Düzgün  həyat  haqqında 

insanların  çeşidli  fikirdə  olduğu  şəraitdə  bunu  necə  həyata 

keçirmək olar? Bu suala cavab verən Platon göstərirdi ki, düzgün 

həyatın  təbiətini  dərk  etmək  intellektual  vəzifədir.  İnsanları 

düzgün həyata hazırlamaq proqramını irəli sürən Platon təhsilin 

iki üsulla həyata keçirilməsini tələb edirdi. Bir tərəfdən insanda 

yeni  xeyirxah  davranış  vərdişi  yaranmalı,  digər  tərəf-  dənsə 

riyaziyyat və fəlsəfəni öyrətmək yolu ilə insanda əqli qabiliyyəti 

inkişaf  etdirmək  zəruridir.  Onun  fikrincə  xeyirxahlıq 

bəşəriyyətdən asılı olmayaraq mövcuddur. 

Kainatı canlı və qanunauyğun bütöv kimi başa düşən Platon 

insanı bu Kainatın kiçicik obrazı, mikrokosmos hesab edirdi. Bu 

fikrə  uyğun  olaraq  insan  yalnız  o  zaman  əxlaqauyğun  hərəkət 

edir ki, o çoxlu mikrokosmoslan birləşdirən bütövlük qanunlarını 

həyata  keçirir,  polisin,  yəni  vətəndaş  ümumiliyi  qanunlannı 

təcəssüm  etdirir.  Platonun  əxlaq  fəlsəfəsini  qanunla 

əsaslandınlan hərəkət, əməl fəlsəfəsi adlandırmaq olar. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   497   498   499   500   501   502   503   504   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə