Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə509/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   505   506   507   508   509   510   511   512   ...   540
1027 (1)

«kəmiyyət  baxımından  müəyyən 

etməyə

 cəhd göstərəndə ciddi çətinliklərlə qarşılaşır. Əgər rifah 

xoşbəxtliklə  eyniləşdirilsə,  onu  necə  ölçmək  olar?  İqtisadçı 

utilitaristlər  maksimum  zövqdən  və  yaxud  üstünlükdən 

danışırlar.  Lakin  zövqün  müxtəlif  növlərini  ekvivalent  və 

bir-birini  qarşılıqlı  əvəzləyə  biləcəyini  mümkün  hesab  etmək 

olar- mı?...»^’ 

Utilitarizm hətta məqsədi təsvir edəndə də vasitə və məqsəd 

arasında dəqiq fərq qoymur. Hər bir əməli işə «daha çox insana 

daha çox xoşbəxtlik» prinsipinə uyğun olaraq qiymət verilir. 

Utilitarizmi  tənqid  edən  C.Mur  diqqəti  bu  təlim  üçün 

xarakterik  olan  metodoloji  üsula  yönəldir:  «xeyin>in  meyarı 

kimi  daha  çox  sayda  insan  üçün  daha  çox  xoşbəxtlik,  və 

«xoşbəxtlik  nədir?»,  «əxlaqi  davranış  nədir?»,  «xeyirxahlıq 

nədir?» və başqa suallara məhz həmin mövqedən cavab verilir. 

Mur  «Əxlaq  fəlsəfəsinin  təbiəti»  əsərində  göstərir  ki,  hər  bir 

əxlaqi davranış və xeyirxahlıq növü nəticədə heç də əvvəlkinə 

nisbətən daha çox adam, hətta bir adam üçün mütləq xoşbəxtlik 

gətirmir. Çox vaxt belə olur ki, əxlaq prinsiplərinə əməl etmək 

və  xeyirxah  həyat  tərzi  xoşbəxtlik  ilə  mükafatlandırılmır,  və 

yaxud əksinə, xoşbəxtlik əxlaqi davranışlara görə əldə edilmir, 

yəni əxlaq və xoşbəxtlik heç də üst-üstə düşmür. Ona görə də 

Mur həm də utilitarizmi «naturalist səhv» üçün ittiham edir və 

onun  fayda  ilə  xoşbəxtliyi  birləşdirmək  cəhdini  yanlış  hesab 

edir.  Lakin  o,  etiraf  edir  ki,  bir  sıra  başqa  nəzəriyyələr  ilə 

müqayisədə utilitarizm daha məqbul təlimdir. 

Utilitarizmə zidd olan nəzəriyyələrdə motivin, vəzifənin və 

prinsipin  əhəmiyyəti  xüsusi  qeyd  edilir.  Belə  nəzəriyyələr 

adətən vəzifə (borc) nəzəriyyələri adlandırılır. 

Antiutilitarist  filosofların  ən  məşhuru  şübhəsiz  ki,  Kant 

olmuşdur. Onun fikrincə xoşbəxtlik və zövq axtarmaq mənasız 

işdir, çünki belə iş adətən uğursuz nəticələnir. Kant deyirdi ki, 

xoşbəxtlik öz-özlüyündə dəyərli bir şey deyil. Əgər onun dəyəri 

olsaydı  biz  cəmiyyətdə  görkəmli  yer  tutan  və  özünü  xoşbəxt 

hesab edən alçaqlara rast gəlməzdik. Pis adamların xoş- 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   505   506   507   508   509   510   511   512   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə