Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Т.В..Адор 110 . Проблемы философии морали. с.203



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə505/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   501   502   503   504   505   506   507   508   ...   540
1027 (1)

Т.В..Адор

110


Проблемы философии морали. с.203. 

466 


indi isə bir neçə davranış prinsipləri haqqında qısa məlumat 

veririk. 



Emotivizm?^

  Məntiqi  pozitivizmin  görkəmli  nümayəndəsi 

A.C.Ayer  (1910-1989)  özünün  «Dil,  həqiqət  və  məntiq» 

əsərində  göstərirdi  ki,  əxlaq fəlsəfəsinin davranış qaydalan ilə 

heç bir əlaqəsi  yoxdur. Əxlaq fəlsəfəsi müstəsna olaraq sözün 

mənası  ilə  məşğuldur.  Sonra  Ayer  sübut  etməyə  çalışırdı  ki, 

«xeyirxah», «ədalətli», «yalançı» və b. sözlər real həyatda olan 

heç nəyi təsvir etmir, sadəcə olaraq emosiyanı ifadə edir. Ona 

görə də Ayerin bu nəzəriyyəsini etikanın emotiv nəzəriyyəsi və 

yaxud  emotivizm  adlandırırlar.  Bu  nəzəriyyəyə  görə  etik 

terminlər  (məsələn,  «yaxşı»  və  «pis»)  olan  cümlələrin  hamısı 

danışan adamın emosional vəziyyətini ifadə edir. 

Məntiqi  pozitivizmin  bu  nəzəriyyəsinə  qarşı  çıxış  edənlər 

göstərirlər ki, əgər Ayerin bu etikası doğru olsaydı, onda əxla- qi 

dəlillər  (arqumentlər)  irəli  sürmək  mümkün  olmazdı.  Əslində 

isə  insanlar  həmişə  əxlaqi  dəlillər  təklif  edirlər.  Onlar  kimin 

müqəssir,  kimin  haqlı  olması,  siyasi  qərarların  əhəmiyyəti  və 

çatışmazlığı  və  s.  haqqında  mübahisə  edir  və  öz  fikirlərini 

əsaslandırmağa çalışırlar. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   501   502   503   504   505   506   507   508   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə