Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə504/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   500   501   502   503   504   505   506   507   ...   540
1027 (1)

4.4.

 

Əxlaq və davranış prinsipləri 

Fəlsəfə  tarixində  insanın  davranış  qaydalarını  fəlsəfi 

baxımdan öyrənən ilk böyük filosof Sokrat olmuşdur. Etikanın 

yaradıcısı Aristotel olsa da bir çox alimlər bu elmin banisi kimi 

Sokratı  tanıyırlar.  Məsələn,  T.V.Adomo  Sokrat  haqqında 

yazırdı:  «Ona  Qərbin  fəlsəfi  ənənəsində  əxlaqın,  etikanın  əsl 

yaradıcısı rolu verilir. Lakin Qərbin bütün fəlsəfə tarixində özü 

heç nə yaratmayan yeganə dahi filosofdur. Şübhəsiz ki, bu So- 

kratın  xüsusi  əxlaqi-fəlsəfı  mövqeyi  ilə,  ümumiyyətlə  öz- 

özlüyündə əxlaq fəlsəfəsini kəşf etməsi ilə əlaqədardır. Sokra- 

tm fılosofluq etməsi əsasən praktiki istiqamət kəsb edərək insan 

davranışını  öyrənməyə  doğru  yönəlmişdir.  Sokratm  əsas  fikri 

budur ki, canlı deyilən söz həmişə öz cavabını tapmalı, fəlsəfi 

kəlam «deyilən kəlam cavaba çevrilməli və konkret insanların 

problemlərini həll etməyə istiqamətləndirilməlidir; yazılan söz 

isə,  əksinə,  istisnasız  olaraq  bütün  insanlara  yönəldilməlidir, 

ona  görə  də  konkret  məsələ  ilə  toqquşanda  o  özünün 

fəaliyyətsizliyini və çeviksizliyini nümayiş etdirir».^^ 

Əxlaqi davranışlarımızda biz öz praktiki həyatımız ilə onun 

idealı  arasında  ahəngdarlıq  (harmoniya)  yaratmaq  məqsədi 

güdürük,  yəni  həyatın  necə  olmasını  öz  mövqeyimizdən 

müəyyənləşdirmək  istəyirik.  Şüurlu  olaraq  buna  can  atan 

insandan  başqa  heç  kim  öz  vəzifəsini  yerinə  yetirə  bilməz. 

Məqsəd həmişə əməldən əvvəl gəlir. Bizim əxlaqi həyatımızın 

axırı bizim istəklərimizin ardıcıllığı ilə şərtlənir. 

Xeyir  və  şər,  həyatın  mənası  ideal  fəlsəfi-etik  biliyin  əsas 

problemləridir.  Onlar  əxlaq  fəlsəfəsinin  və  normativ  etikanın 

bütün  problemlərini  istiqamətləndirən  ən  əsas  və  ümumi 

kateqoriyalardır. 

Etikanın  (və  ya  əxlaq  fəlsəfəsinin)  problemləri  arasında 

faydalı və arzu edilən və yaxud faydasız və arzu edilməz hesab 

edilən əxlaq qanunları, xoşbəxtlik, ədalət, eqoizm və altruizm , 

qoçaqlıq və qorxaqlıq, ümumiyyətlə istənilən insani vəziyyət və 

keyfiyyətlər var. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   500   501   502   503   504   505   506   507   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə