Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


И.Каит. Сочинения. В 6-тн тт.. Т.4, Ч.1, М., 1965. с.223



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə503/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   499   500   501   502   503   504   505   506   ...   540
1027 (1)

И.Каит. Сочинения. В 6-тн тт.. Т.4, Ч.1, М., 1965. с.223. 

464 


Kanta  görə  etika  lazım  olan  haqqında  elmdir,  o  öz  əsasını 

təbiət və cəmiyyətdə mövcud olanda deyil, ağılın qeyd-şərtsiz 

qəbul edilən xüsusi, qeyri-empirik müddəalarında axtarmalıdır. 

Kant  etik  relyativizmi  qətiyyətlə  rədd  edirdi.  Onun  fəlsəfi 

fəaliyyətinin əsas məqsədi hər bir etikanın təməli hesab edilən 

əxlaqi  prinsipin  tamamilə  möhkəm,  ümumi  olmasını  sübut 

etmək idi. Belə prinsipi Kant 

kateqorik imperativ

 adlandırırdı. 

Əxlaq  qanunlan  onun  dediyinə  görə  elə  imperativlərdir  (qəti 

göstərişlər, tələblərdir) ki,  onların  həyata keçirilməsi lazımdır, 

lakin  buna  baxmayaraq  heç  də  həmişə  yerinə  yetirilmir.  Kant 

təsdiq  edirdi  ki,  biz  özümüzün xüsusi  mənafeyimizdən  imtina 

etməli, öz hərəkətlərimizi hamı üçün ağlabatan, hamı tərəfindən 

özününkü  kimi  qəbul  edilən  qaydalar  əsasında  qurmalıyıq. 

Kateqorik imperativ bizim istək, məqsəd və niyyətimizdən asılı 

olmayaraq nəyi isə şərtsiz olaraq yerinə yetirməyi tələb etməyi 

göstərən  termindir.  Bu  mənada  Kant  etikada  imperativ 

istiqamətin  klassikidir.  O,  etikanın  vəzifəsini  insanın  faktiki 

mövcud olan əxlaqi həyatını təsvir və izah etməkdə deyil, daha 

çox həmin elm üçün mütləq qanunlarm yaradılmasında görürdü. 

Kantın əxlaq fəlsəfəsinin predmeti haqqında dedikləri XX əsr 

Qərb  etik  fikrində  geniş  yayılmışdır.  Burada  əxlaqın  mövcud 

formalarının  təsviri  başqa  fənlər  (sosiologiya,  psixologiya, 

antropologiya, etnoqrafiya) sahəsinə keçirilir. Əxlaqın fəlsəfəsi 

üçün  iki  sahə  saxlanılır.  Əvvəla,  elə  imperativ  (məcburi 

davranış  qaydası)  axtarılır  ki,  onlar  mövcud  gerçəklik  ilə 

əlaqədə olmayan və təsvir edilən elmi faktlardan məntiqi yolla 

çıxarılmayan nə isə lazımi bir şey olsun. İkincisi, poziti- vistlər 

tərəfindən məntiqə və idraka, əxlaq dilinin, davranış haqqında 

mühakimələrin  və  anlayışların  təhlilinə  aid  edilən  problemlər. 

Bunun  əksinə  olaraq  irrasionalist  filosoflar  etikanı 

həyati-praktiki fəlsəfə hesab edirlər. 

Marksistlər  nəzəri  və  praktiki  etikanı  bir-birinə  qarşı 

qoymağı  qəbul  etmir  və  göstərirlər  ki,  hər  bir  bilik  insanın 

dünyanı  mənimsəmək  sahəsində  göstərdiyi  praktiki  fəaliyyət 

sahəsidir.  Normativ  etika  nəzəri  etikanın  məlumatlarına 

əsaslanır. 

465 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   499   500   501   502   503   504   505   506   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə