Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


 əbədidir.  Ontoloji  dəlil



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə517/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   513   514   515   516   517   518   519   520   ...   540
1027 (1)

0

 əbədidir. 



Ontoloji  dəlil

  sonsuz  varlığın  sadə  ideyasına  əsaslanır  və 

təsdiq  edir  ki,  bu  ideyanın  məntiqi  təhlili  əsasında  biz  nəticə 

çıxara  bilərik  ki,  bu  ideyaya  uyğun  gələn  nə  isə  özü  sonsuz 

varlıqdır,  yəni  Allah  zəruri  olaraq  mövcud  olmalıdır.  Orta 

əsrlərdə Avropada meydana gəlmiş ontoloji dəlil, fəlsəfədə çox 

ciddi mübahisələrin predmeti olmuşdur. 

XIX əsrin axırlarında F.Nitsşe göstərirdi ki, xristianların həm 

Allahın  oğlu,  həm  də  Allah  hesab  etdikləri  İsa  peyğəmbər 

çarmıxa  çəkilərkən  «İncil»də  deyildiyi  kimi  dirilməyib,  elə 

oradaca ölüb. Odur ki, xristian dini artıq bizim həyatın məqsəd 

və mənasını müəyyən etmir. Nitsşe deyirdi ki, «Allah öldüyü» 

üçün biz Onun müdafiəsindən, faktiki olaraq hər hansı ümumi 

qəbul  edilmiş  əxlaqi  standartdan  məhrum  olduq.  Allahsız 

dünyadakı  həyat  -  özümüzün  xüsusi  dəyərlərimizi  yaratmaq, 

Nitsşenin  «tənha  mövcudluq»  adlandırdığı  vəziyyətə 

uyğunlaşmaq, bizim həyatın məqsədsiz olduğunu və heç bir Ali 

Varlığın bizim taleyimizi izləmədiyini başa düşmək deməkdir. 

F.Dostoyevski  demişdir:  «Əgər  Allah  yoxdursa,  onda  hər 

şeyə icazə verilir». Ateist J.P.Sartr isə dindar Dostoyevskinin bu 

fikrini  tamamilə  qəbul  edir  və  deyir:  «Bu  ekzistensializmin 

başlanğıc  nöqtəsidir.  Doğrudan  da,  Allah  yoxdursa  hər  şey 

etmək olar, ona görə də insan təkbaşına buraxılıb, onun nə daxi 

476 



lində,  nə  də  xaricində  arxalanacağı  dayaq  yoxdun>.'‘^  O, 

göstərir ki, elə bir ümumi əxlaq yoxdur ki, çətin mənəvi seçim 

vaxtı necə hərəkət etmək yolunu göstərsin. 

Göstərmək lazımdır ki, Allahı inkar edənlərin sayı getdikcə 

azalsa da, belələri hələ də var. Onların arasında bəzən görkəmli 

filosoflar da olur. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   513   514   515   516   517   518   519   520   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə