Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə518/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   514   515   516   517   518   519   520   521   ...   540
1027 (1)

5.2.

 

Fideizm, deizm, teizm, panteizm 

Fideizmə

  (lat.  «fides»  -  inam)  görə  bizim  dini  biliyimiz 

rasional və yaxud təbii informasiyaya əsaslana bilməz, o yalnız 

və  yalnız  inam  üzərində  qurulur.  Dini  bilik  insanın  rasional 

imkanlarından xaricdə mövcuddur. Deməli, insan Allahı yalnız 

inam vasitəsilə qəbul etməlidir. Başqa sözlə dini bilik gizli, sirli 

vəhyə (Allahın göndərdiyi kəlama) əsaslanır. 

Deizm

 (lat. «deus»  - Allah) təliminə görə ilahi qüvvə fiziki 

aləmdən  ayrı  mövcud  olmaqla,  həmin  aləmi  yaradır,  onu 

hərəkətə gətirir, lakin sonradan Kainatda baş verən hadisələrə 

bilavasitə təsir göstərmir. 

Teizm

 (yun. «theos» - Allah) təsdiq edir ki, ilahi qüvvə bu və 

ya başqa şəkildə bilavasitə və yaxud şəxsən insanlar ilə bağlıdır. 

Teizm  politeist  (çoxallahlılıq)  və  monoteist  (təkallah-  lılıq) 

şəklində özünü göstərir. 

Panteizmə^^

 görə Allah ayrıca bir varlıq deyil, bütün möv- 

cudatın  təbii  nizamının  məcmuudur.  Allah  ya  bütövlükdə 

Kainatdır, ya da Kosmosu  yaşadan, ona həyat verən enerjidir. 

Allah hər yerdədir və hər şeydir. Spinoza sübut etməyə çalışırdı 

ki, Allah və təbiət - eyni substansiyadır. 

Filosofların panteizmə münasibəti müxtəlif olmuşdur. İndiki 

dövrdə də panteizmin həm tərəfdarları, həm də tənqidçiləri var. 

Bizə elə gəlir ki, onun əleyhinə olanların sayı daha çoxdur. Bir 

neçə misal göstərək. 

Müasir  Kanada  filosofu  Hyüqo  Meynell  panteizmi 

bütövlükdə  qəbul  etsə  də,  onu  özünəməxsus  qaydada  izah 

etməyə 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   514   515   516   517   518   519   520   521   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə