Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Великие мыслители о ве.тиких вопросах, с.340-341. Yenə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə520/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   516   517   518   519   520   521   522   523   ...   540
1027 (1)

Великие мыслители о ве.тиких вопросах, с.340-341. Yenə 

orada, s.342. 

478 


nin təbiətini və funksiyalarım başa düşməkdir, həmçinin Allahın 

varlığını fəlsəfi cəhətdən əsaslandırmaq, onun təbiəti, dünyaya 

və insana münasibəti haqqında fikirləşməkdir. 

Dinin fəlsəfəsi sözün dar mənasında Allah və din haqqında 

konkret, müstəqil, ciddi fəlsəfi düşüncədir, fılosofluğun xüsusi 

növüdür. 

Din - mifologiyaya nisbətən fəlsəfəyə daha  yaxındır. Lakin 

fərq  də  çoxdur.  Din  -  mənəvi,  fəlsəfə  isə  daha  çox  nəzəri 

şüurdur.  Din  -  müddəalarını  sübut  etməyi,  məntiqi  cəhətdən 

əsaslandırmağı  tələb  etmir,  o  inamın  həqiqiliyini  ağılın 

həqiqiliyindən üstün tutur. Təsəvvüf (sufi) mütəfəkkirlər də bu 

fikirdə  idilər.  Ümumiyyətlə  fəlsəfə  ilə  dinin  qarşılıqlı 

münasibəti fəlsəfə tarixində heç vaxt birmənalı olmamışdır. 

Hegelə  görə  fəlsəfə  və  din  eyni  dərəcədə  insanın  Mütləqi 

dərk etməsinə xidmət edir. Lakin din təsəvvür və obrazlardan, 

fəlsəfə isə məntiqi anlayışlardan istifadə edir. 

Dinin  fəlsəfəsi  həmişə  ya  fəlsəfi  dinşünaslıq,  ya  da  fəlsəfi 

ilahiyyatçılıq  (teologiya)  kimi,  yəni  ya  dini  etiqadların  indi 

mövcud olan sisteminin fəlsəfi təhlili, ya da ilk növbədə Allah 

haqqında fəlsəfi təlim formasında çıxış edir. 

ninin fakftfasi Ö7ünün fəlsəfi-teoloii formasında fəlsəfə ilə 

dinin  bir  yerdə  qovuşmasıdır.  Allah  haqqında  fəlsəfi  təlim 

yaratmaq - fəlsəfi ilahiyyatçılığın ən əsas funksiyasıdır. 

Din ilə fəlsəfə arasındakı qarşılıqlı münasibət tarixən dəyiş- 

gən və müxtəlif olmuşdur. Əgər fəlsəfədə materialist xətt ardıcıl 

olaraq özünü dini dünyagörüşə qarşı qoyursa, idealist fəlsəfənin 

müxtəlif  cərəyanları  dəfələrlə  ilahiyyat  (teologiya)  ilə 

birləşmişdir. Fəlsəfə həmişə insan zəkasının gərgin işləməsidir, 

nəzəri  şüurdur.  Dinin  fəlsəfəsi  -  dinin  nəzəri  cəhətdən 

əsaslandırılmasıdır. 

Din ilə elm arasında əlaqə haqqında da müxtəlif, çox hallarda 

ziddiyyətli  fikirlər  var.  Materialistlər  din  ilə  elmi  bir-  birinə 

qarşı qoyur, onların düşmən olduğunu deyirlər. İla- hiyyatçılar 

həmişə dini elmdən yüksək tuturlar. Bir çoxları isə din və elmin 

bir-birinə  zidd  olmadığını,  hətta  yardımçı  olduqlarını  deyirlər. 

Bəziləri isə onların müstəqil sahələr olduğunu 



481 


göstərir  və  bir  həqiqətə  -  Allahın  varlığına  doğru  apardığını 

təsdiq edirlər. Məsələn, İbn Rüşdün «ikili həqiqət» təlimi buna 

misaldır. 

Britaniya  antropoloqu,  müasir  funksionalizmin  yaradıcısı 

Bronislav  Malinovski  yazır:  «Elm,  magiya  və  din  əşyalara, 

müvafiq  fikri  proseslərə,  sosial  təşkilatlara  və  praqmatik 

funksiyalara  münasibətə  görə  fərqlənirlər.  Onların  hər  birinin 

başqalarından  aydın  şəkildə  fərqlənən  forması  var.  Elm- 

texnologiyada  ifadə  olunur,  müşahidəyə  əsaslanır,  nəzəri 

cəhətdən qısaca şərh edilmiş qaydaların, daha son mərhələdə isə 

bilik sisteminin tərkibində olur. Magiya - mərasim, hərəkət, söz 

və  cadunun  birləşməsi  kimi  çıxış  edir.  O  insana  müşahidə  və 

təcrübə  vasitəsilə  deyil,  mifoloji  təsəvvürlərə  əsaslanan 

möcüzələrdə açılır. Din - kütləvi və yaxud xüsusi təntənə, dua, 

qurbanvermə və dini ayin formasını qazanır».^' 

Böyük elmi  nailiyyətlərin, məsələn, Nyütonun  qanunlarının, 

Eynşteynin nisbilik nəzəriyyəsinin və başqa kəşflərin qaynağını 

müqəddəs  dini  kitablarda  axtarmaq  bizcə  düzgün  deyil.  Belə 

münasibət  dinin  rolunu  kiçiltməkdir.  Din  -  insanı  fani,  keçici 

maddi  dünya  üçün  deyil  əbədiyyət  üçün  hazırlayır,  onun 

mənəviyyatını  saflaşdınr,  Allaha  yaxınlaşdırır.  Elmin  isə  öz 

vəzifələri  var  -  real  gerçəkliyi  öyrənmək.  Bununla  əlaqədar 

Harvard  (ABŞ)  universitetinin  professoru  Oyen  Qinqric  haqlı 

olaraq deyir: «Mən Bibliyanı heç də elmi soraq kitabçası hesab 

etmirəm və bu məsələdə Bibliya göyün necə qurulduğunu deyil, 

insanın oraya necə getməyini öyrədir, - fikrini irəli sürən Qalileyi 

qızğın müdafiə edirəm. Ona görə də mən Bibliyanı dərs vəsaitinə 

oxşar bir şey etmək istəyənlərlə mübahisə etməyə hazıram».®^ 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   516   517   518   519   520   521   522   523   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə