Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə522/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   518   519   520   521   522   523   524   525   ...   540
1027 (1)

,Eduard  Taylor

  (1832-1917)  mədəniyyətə  cəmiyyət  üzvü 

kimi  insana  xas  olan  bilik,  incəsənət,  əxlaq,  hüquq,  adət  və 

başqa  xüsusiyyətlərin  məcmuu  kimi  tərif  verirdi  <  O,  insan 

nəslinə  ümumi  təkamül  qanununun  fəaliyyəti  nəticəsində  öz 

yek-  cinsliyini  saxlayan  bütöv  birlik  kimi  baxırdı.  E.Taylor 

mədəniyyət  problemini  antropoloji  təmələ  çıxardı  və  insanı 

mədəniyyət subyektinə çevirdi. Mədəniyyət antropoloji anlayış 

kimi  irəli  sürüldü,  «homo  faber»in  müxtəlif  əməllərinin 

məcmuu hesab edildi. 

Z.Freyd  mədəniyyətin  genezisini  (mənşəyini)  insanın 

heyvani  təbiəti,  başqa  sözlə  insanın  vəhşiyə  oxşar  təbiəti  ilə 

əlaqələndirir.  Bu  halda  mədəniyyətin  özü  insanın  heyvani 

instik-  tini  cilovlamaq  vasitəsi  kimi  çıxış  edir/  Z.Freyd 

yazmışdır:  «İnsan  mədəniyyəti  deyəndə  mən  insan  həyatını 

heyvani şəraitdən yüksəyə qaldıran və onu heyvan həyatından 

fərqləndirən hər şeyi nəzərdə tuturam; mən həm də mədəniyyət 

ilə sivili- 



483 


zasiya  arasındakı  fərqə  məhəl  qoymuram;  həmin  insan 

mədəniyyəti,  məlumdur  ki,  müşahidəçiyə  özünü  iki  tərəfdən 

göstərir. Bir tərəfdən o insanlara təbiət qüvvələrini mənimsəmək 

və  öz  tələbatını  ödəmək  üçün  ondan  maddi  nemətlər  almaq 

imkanı  verən  bütün  qazanılan  bilik  və  qabiliyyəti  əhatə  edir; 

başqa  tərəfdən,  mədəniyyətə  insanların  öz  aralarındakı 

münasibəti  nizamlamaq,  xüsusən  əldə  edilən  maddi  nemətləri 

bölmək üçün zəruri olan bütün idarə qurumlan daxildir».*^ 

Lakin  hətta  Freydin  şagirdlərinin  bəziləri  tərəfindən  bu 

konsepsiya şübhə altına alınır. Məsələn, E.Fromm tamamilə əks 

konsepsiya  irəli  sürür:  məhz  tarix,  mədəniyyət  insanda  hansısa 

dağıdıcı potensiyanı üzə çıxarır. 

^  Gündəlik  həyatda  biz  «mədəniyyət»  deyəndə  ilk  növbədə 

incəsənət,  ədəbiyyat,  musiqi,  rəssamlıq  və  s.  sahələri  nəzərdə 

tuturuq.  «Sosiologiyada  mədəniyyət  anlayışı  yalnız  yaradıcılıq 

fəaliyyətinin  bu  növlərini  deyil,  daha  çox  sahəni  əhatə  edir. 

Mədəniyyət  cəmiyyət  üzvlərinin  bütün  həyat  tərzinə  aiddir  - 

geyinmək  manerası,  nigah  mərasimi  və  ailə  həyatı,  əmək 

fəaliyyəti,  dini  mərasimlər  və  boş  vaxtın  keçirilməsi  buraya 

daxildir.  Buraya  həm  də  insanların  yaratdıqlan  və  onlar  üçün 

dəyər hesab edilən predmetlər daxildir: yay və ox, kotan, fabrik, 

maşın, kompüter, kitab, mənzil»;^“* 

I  Mədəniyyət,  unikal  və  nisbətən  bütöv  fenomen  kimi  indiki 

dövrdə həm də böyük müxtəlifliyə malikdir. Ona görə də başqa 

elə bir söz tapmaq çətindir ki, onun mədəniyyət qədər çoxlu məna 

çalarları olsun. ı 

İnsanın  yaratdığı şeylər əvvəlcə fikirdə meydana gəlir, sonra 

isə işarə və əşyaya çevrilir. Mədəniyyətdə nə isə konkret bir şey 

var və ona görə də nə qədər yaradan subyekt varsa, o qədər də 

mədəniyyət  var.  ‘«Mədəniyyət  insan  varlığının  dərinliyini  və 

ölçüsüzlüyünü ifadə edir. İnsan nə qədər tükənməz və müxtəlif 

simalıdırsa, 

mədəniyyət 

də 


qədər 


çoxcəhətli, 

çoxaspektlidİD>.^<^ 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   518   519   520   521   522   523   524   525   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə