Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


И.Барбур. Этика в век технологии. М., 2001. с.43



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə510/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   506   507   508   509   510   511   512   513   ...   540
1027 (1)

И.Барбур. Этика в век технологии. М., 2001. с.43. 

469 


bəxt  olması  və  yüksək  rifaha  çatması  insanların  əksəriyyətini 

məyus  edir.  Kantın  fikrincə  dünyada  yeganə  mütləq  dəyər  - 

xeyirxah iradədir. Xeyirxah iradə - qətiyyətlə düzgün davranmaq 

arzusudur.  Vicdanlı  adamlar  lazımı  davranışı  əsas  tutur  və 

müəyyən  prinsiplərə  əməl  edirlər.  Kanta  görə  bu  prinsiplər 

ağlabatandır  və  bütün  ağıllı  məxluqlar  onlara  əməl  etməlidir. 

Doğrudur, onlara həmişə əməl olunmur. 

Kantın tələbləri belədir: həmişə düzgün olmaq; həmişə təmiz 

olmaq; yalan vədlər verməmək; alicənab və arzuedilən olmaq; öz 

istedadını  boş  yerə  sərf  etməmək;  canini  və  cəzaya  layiq 

başqalannı  cəzalandırmağa  hazır  olmaq;  heyvanlara  qarşı 

mərhəmətli olmaq; intihar etməmək. 

Kant hesab edirdi ki, ağıllı varlığa aydın olmalıdır ki, əxlaq 

qaydalannda istisna olmamalıdır. 

Göründüyü  kimi  Kant  utilitarizmə  qarşı  çox  kəskin  çıxış 

edirdi. İndiki dövrdə də bu məsələdə onun tərəfdarları çoxdur. 



Hedoniznt

 (yun. «hedone» - zövq). Yunan filosofu Epiku- run 

əxlaq  fəlsəfəsi  əsasən  sadə,  təvazökar,  lakin  zövqlə  yaşamağı 

tövsiyyə  edir.  Epikur  zövqü  faydalı  nemət  hesab  edir  və  eyni 

zamanda  göstərirdi  ki,  zövqə  ifrat  dərəcədə  can  atmağın 

arxasınca əzab gəlir. 

Hedonizmə görə  yalnız zövq almaq xeyir hesab  edilməlidir. 

Zövq  yeganə  şeydir  ki,  biz  ona  can  atmalıyıq;  o  yeganə 

məqsəddir, öz-özlüyündə xeyirdir. 

Hedonizm  -  eqoizm  və  utilitarizm  formasında  çıxış  edir. 

«Hedonizm forması kimi eqoizm təsdiq edir ki, bizim hər birimiz 

daha  çox  xoşbəxtliyə  nail  olmaq  və  son  məqsədimizə  çatmaq 

üçün  çalışmalıyıq.  Doğrudur,  bu  təlim  bəzən  belə  məqsədə 

çatmağın ən yaxşı üsulu kimi başqalarının zövq almasını təmin 

etməyi qəbul edir; məsələn, belə hərəkət etməklə biz insanların 

rəğbətindən,  azadlıqdan,  özünə  hörmətdən  yaranan  zövqü 

özümüz üçün də təmin edə bilərik».^* 

Fəlsəfi  təlim  kimi  hedonizmin  iki  növü  var: 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   506   507   508   509   510   511   512   513   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə