yerinə yetirən - yaxşı adamdır. Həyat - vəzifə və məsuliyyət
deməkdir.
Brahman mütləq həqiqət və təmiz şüur olduğu üçün şüurdan
törəyir. Brahmançılıq isə Brahmana qovuşmaq təcrübəsidir. Bu
təlimə görə insan özünümüşahidə prosesində özünü dərk edir, o
həm də bütöv Kainatı başa düşür. İdrak və varlıq eynidir, eyni
mütləqin ayrılmaz aspektidir. Həqiqəti dərk etmək - həqiqətə
çevrilmək deməkdir; belə ki, şəxsiyyətin mahiyyəti ilahiliyin
özünü dərk etməsidir. Beləliklə, özünüdərk, xüsusən intuitiv
özünüdərk insanı getdikcə daha çox Mütləqə birləşdirir.
Brahman yalnız mütləq qüvvə və intellekt deyil, həm də
mükəmməl səadət və hər bir rifahın mahiyyətidir. İnsanın
qurtuluşu və yaxud xilası ilahi olmayan nə varsa hamısını
aradan qaldırmaq yolu ilə mütləq səadətə qovuşmaqdır.
Sonralar Brahmanlar əsasında yaranan mətnlərdən ən çox
yayılanı
upanişaddır.
Bu söz sanskritcə İnədən ibarətdir: «upa»
önsözü - yanında, yaxınlığında, «ni» - aşağıda, «şad» kökü -
oturan, yəni öz müəlliminin ayaqlarının yanında oturan şagird
deməkdir.
Upanişad təliminə görə vəzifə (borc) ən yüksək
təkmilləşməyə çatmaq üçün vasitədir. Özünü ali mərhəmət
dərəcəsinə çatdırmaq - bütün sahələrdə əsl insan kimi yaşamaq
deməkdir. Bu ideala o vaxt nail olmaq olar ki, insan fərdi
məhdudluğunu aradan götürsün və özünü ümumi ilə tam
halında eyniləşdirsin. Xilas olmaq - ruhun boy atması yoludur.
Ölməzliyin ən ali təzahürü - Allahla birləşməkdir. Tərəqqi
Allahla birləşmək üçün tükənməz cəhddir.
Upanişadlar Vedlərin mərasimçiliyi əleyhinə çıxış edirdilər.
Onların fikrincə, mərasim tamamilə əks nəticələrə gətirib çı-
xanr, insanı mövcudat axanna salır və bu yolla onu maddi
dünyanın toruna salır. Upanişadlar başqa xilas yolu göstərirlər:
xarici dünya istiqamətinə səyahət. Ved ənənəsi Kainatın həyati
qüvvəsindən ilham alır, upanişad ənənəsi isə insana yönəlib,
insan şüuruna və özünümüşahidə vaxtı baş verənlərin hamısına
münasibətdə gərgin diqqətə üstünlük verir.
70
Qədim hind fəlsəfəsinin xarakter xüsusiyyətlərindən biri də
odur ki, bu fəlsəfə müəyyən sistemlər və yaxud məktəblər
çərçivəsində inkişaf edirdi. Qədim hind məktəblərinə cay- nizm,
buddizm, çarvak-lokayatlar, hinduizm aiddir.
Əsası Vardxamana (b.e.ə. VI əsr) tərəfindən qoyulmuş
Dostları ilə paylaş: