cay~
nizm
əsasən etik təlimdir, bu təlim insan ruhunu ehtirasların
tabeçiliyindən azad etmək yollarını göstərir. Belə etika bir çox
hind sistemləri üçün ənənəvi hal olmuşdur. Ruhun asılılığını
doğuran əsas səbəb, onun çox böyük ehtirasla bir şeyə həvəs
göstərməsidir. Ehtirasın səbəbi isə həyatı başa düşməkdir.
Ruhun materiyadan tamamilə ayniması - asketizm - maddi
nemətlərdən imtina etmək yolu ilə mümkündür.
Caynizmə görə əxlaq insanı yaxşılığa doğru dəyişmək, yeni
karma
(sanskr. - hərəkət, vəzifə, borc) yaranmasına mane olmaq
üçün zəruridir. Karma - törədilən əməllərə, fikirlərə, cəhdlərə
görə ümumi cəza qanunudur. Bu, ruhun bir canlının bədənindən
başqasının bədəninə keçməsi və canlının gələcək taleyi üçün
lazımdır. Karma - gələcəyə ümid, keçmişə tabe olmaq deməkdir.
Caynizm öyrədir ki, xeyirxahlıq beş keyfiyyətdən ibarətdir:
1) ziyankar olmamaq və yaxud
aximsa
(sanskr. - bütün canlılara
hörmət etmək); 2) şəfqətli olmaq, yalan danışmamaq; 3) təmiz,
doğru olmaq, məsələn, oğurluq etməmək; 4) şöhrətə can
atmamaq; 5) bütün dünyəvi maraqlardan imtina etmək.
Ruh cayn fəlsəfəsində bütün canlıları ifadə edən əsas
anlayışdır. Hətta daş və torpaqda da yaşayan sonsuz dərəcədə
çoxlu ruh mövcuddur. Ruh - hiss üzvləri və yaşayış yerinin
mövcudluğundan asılı olaraq təsnif edilir. Ruhu xarakterizə
edən əsas əlamət - şüurdur. Bundan başqa ruh fəal, iradəli
başlanğıc kimi təsvir edilir; öz fəaliyyəti sayəsində karma ilə
əlaqəyə girir, karma isə ruhun təbii qabiliyyətinin meydana
çıxmasına və onun reallaşmasına mane olur.
Substansiya cayn metafizikasının əsas anlayışıdır. Caynizm
altı substansiyanın olduğunu göstərir: ruh, materiya, hərəkət və
sükunət şəraiti, məkan və zaman.
71
Məşhur cayn mütəfəkkiri Kundakundanın bəzi fikirlərini
misal göstərək: «Bilən, hiss üzvlərindən kənara çıxan gözün
formanı gördüyü kimi, bilik obyektinə daxil olmadan və ona
nüfuz etmədən bütün dünyanı bilir və görür»; «qiymətli yaqut
daşı südün içərisində olarkən onu öz işığı ilə dəyişdirdiyi kimi
bilik də obyektlərdə olur»; «əgər bu obyektlər bilikdə mövcud
olmasa, onda bilik hər yerdə olmur. Ancaq obyektlər bilikdə
olduğu kimi bilik də hər yerdə var»; «elə bilik hisslərlə qavra-
na bilməyən adlanır ki, ölçüsü dəyişən ölçüsü olmayanı, maddi
qeyri-maddini, meydana gəlməyən yox olanı başa düşür»;
«hisslərdən yüksək bilik - obyektlərdə maddi olmayanlara, hissi
bilik isə - maddi olana nisbətdə mövcuddur. Onların ən
yaxşısını xoşbəxtlik kimi tanımaq lazımdiD>; «toxunmaqla hiss
etmək, dad, qoxu, rəng və səs duyğulan - maddidir. Hiss üzvləri
onları eyni vaxtda qavramır».'
B.e.ə. VI-V əsrlərdə üç dünyəvi dindən biri olan dini təlim -
buddizm
meydana gəlir. Buddizm aşağıdakı əsas müddəalan
irəli sürür: 1) həyat işgəncələrlə doludur; 2) iztirablann səbəbləri
mövcuddur; 3) bu işgəncələrdən azad olmaq və onun qarşısını
almaq imkanı var. Elə insanın anadan olması öz arxasınca
zəncirvari olaraq işgəncələr gətirir. Buddist aqillər öyrədirlər ki,
idrakın məqsədi insanı əzab-əziyyətdən azad etməkdir. Buddist
əxlaqın əsasında belə bir inam dayanır ki, işgəncələrdən
ölümdən sonrakı dünyada deyil, indiki həyatda azad olmaq olar.
İşgəncələrdən bu yolla azad olmaq buddistlərdə
Dostları ilə paylaş: |