«Virtual dünya» anlayışı xəyalilik, zahirilik, həqiqilik mənala-
nnı ifadə edir.
Virtual varlıq kompüter üsullan ilə yaradılan süni mühitə
deyilir. Həmin mühitə onu daxildən dəyişərək, transformasiyanı
müşahidə edərək və bu yolla real duyğunu hiss edərək daxil
olmaq mümkündür. Audiovizual reallığın belə yeni tipinə
düşməklə nəinki başqa insanlarla, həm də süni personajlarla
kontakta girmək olar.
Kompüter-virtual dünyanın xarakter xüsusiyyətlərinə aşağı-
dakılan aid etmək olar; 1) virtual reallıq öz-özünü yaratmır,
ondan kənarda olan xarici obyekt tərəfindən meydana gətirilir; 2)
virtual reallığın özünün xüsusi məkanı, fərdi zamanı,
mövcudluğunun özünə məxsus qanunlan var; 3) virtual varlığın
başqa sistemlər, o cümlədən onu yaradan sistem ilə fəal rabitəsi
var.
Beləliklə, virtual varlıq maddi gerçəklikdən aynhb mövcud
olmayan bir şeyi əks etdirir və bu mənada xəyali (ilyüzor)
xarakter daşıyır.
Dostları ilə paylaş: