2.
Materiyanın fəlsəfi anlayışı
«Materiya» sözü (lat. «materia») maddə deməkdir. Belə
mənada həmin termin materiyanın hissi qavrayışına əsaslanır.
Dialektik materializmə görə qeyri-maddi materiya növü də var:
işıq, elektromaqnit sahəsi, materiyanın sosial forması və s. Bu
təlimə görə bizim duyğulardan kənarda və duyğulanmızda əks
olunan nə varsa - hamısı materiyadır.
Bütün idealist konsepsiyalarda materiya - ümumiyyətlə bütün
maddi varlıq - mənəvi, ideal varlığın törəməsidir.
Bir sıra filosoflar «varlıq» və «mövcudluq» anlayışlarını
bir-birindən ayırırlar. Məsələn, M.Haydegger yazırdı: «Varlıq
hansısa predmetdir, lakin heç bir mövcudluq deyil... Mövcudluq
haqqında deyirik: o var... Biz demirik: varlıq var... lakin deyirik:
varlıq verilib... «Var» əvəzinə biz «verilib deyirik».’^ O, davam
edir: «Varlıq mövcudluğa nisbətən genişdir, lakin hər necə olsa
da, o insana hər hansı mövcudluqdan yaxındiD>.“^
Dostları ilə paylaş: |