Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə290/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   286   287   288   289   290   291   292   293   ...   540
1027 (1)

K.MapKC H .3nre;ıı.c. C

OHMUCUHH

.

 

T.3.

 C

.25. 

254 


tinliyi ondadır ki, necə, hansı şəkildə materiya (insan beyni) şüuru 

istehsal edir. Bu proses hədsiz dərəcədə mürəkkəbdir. 

Bütün  materiyanın  əksetdirmə  xassəsi  var,  bu  onun  ümumi 

xassəsidir.  Bəs  əksetdirmə  nə  deməkdir?  Əksetdirmə  -  hər  bir 

maddi əşyanın və canlı orqanizmin onlarla qarşılıqlı təsirdə olan 

başqa  əşyaların  (obyektlərin)  və  hadisələrin  təsirinə  müəyyən 

şəkildə cavab verməkdir. 

Əksolunmanm  aşağıdakı  formalan  var:  bütün  maddi 

obyektlərə xas olan ən sadə əksolunma; canlı sistemlərdə xarici 

təsirə  qarşı  qıcıqlanma  xassəsi;  sinir  sistemi,  baş  beynin 

mürəkkəbləşməsi  ilə  əlaqədə  olan  psixi  əksolunma. 

Əksolunmanm ali forması insan şüurudur. 

Əksolunmanm  ən  sadə  forması  hərəkətin  mexaniki,  fiziki, 

kimyəvi  və  başqa  formalarını  əhatə  edir  və  qeyri-üzvi  (cansız) 

aləmdə baş verir. 

Əksolunmanm  subyekti  xarici  təsirə  müəyyən  şəkildə 

tamamilə cavab verir və onda baş verən dəyişiklik əsasən xarici 

təsirə uyğun gəlir. 

Əksolunma  canlı  təbiətdə  də  baş  verir  və  hərəkətin  bioloji 

formasını  əhatə  edir.  Alimlərin  fikrinə  görə  Yer  üzündə  həyat 

təxminən 3 milyard il əvvəl meydana gəlib. 

Qeyri-üzvi aləmdən, cansız təbiətdən üzvi aləmə, canlı təbiətə 

keçid  dövrünü  inkişafın  xüsusi  mərhələsi  və  əksolunmanm 

mürəkkəbləşməsi dövrü kimi xarakterizə etmək olar. Həyat canlı 

varlığın 

mövcudluğunun 

xüsusi 

formasıdır. 

Maddələr 

mübadiləsi,  boyatma,  qıcıqlanma,  çoxalma  qabiliyyəti,  bərpa 

olunmağa çalışmaq, ətraf mühitə uyğunlaşmaq canlı orqanizmin 

fərqləndirici  əlamətləridir.  Ən  sadə  canlı  orqanizm  birhüceyrə- 

lidir. 

Təkamül  gedişində  canlı  orqanizmlər  mürəkkəbləşib  və 

təkmilləşiblər, onlar xarici təsirə məruz qalmaqla, özləri də xarici 

mühitə  əks  təsir  göstərirlər.  Bu  yolla  yaşamaq  uğrunda 

mübarizədə  orqanizmlərin  mürəkkəbləşməsi  və  təkmilləşməsi 

baş  verir.  Əksetmə  funksiyasını  yerinə  yetirmək  sahəsində 

ixtisaslaşan və əsəb hüceyrələri adlanan xüsusi hüceyrə qrupları 

var. Onlar əsəb impulslarını başqa orqanlara ötürür, əvvəlki 



255 


təsirlər haqqındakı məlumatlan qoruyur (yadda saxlayır), xarici 

mühitdən  alınan  siqnalları  yenidən  işləyir  və  dəyişdirir.  Ali 

heyvanlarda  əsəb  hüceyrələrindən  təşkil  olunmuş  və  xarici 

mühitlə qarşılıqlı münasibət və təsir sahəsindəki bütün fəaliyyəti 

idarə edən xüsusi orqan - beyin var. 

Şüur ruhi fəaliyyətin ali formasıdır. Daha dar mənada isə şüur 

insanın  xüsusi  orqanı  olan  baş  beynin  funksiyasıdır.  Beyin 

əksolunmanı  həyata  keçirən  və  daim  təkmilləşdirən  çox 

mürəkkəb quruluşa malik bir sistemdir. Beyin, canlı materiyanın 

ən ali, ən mürəkkəb və ən yaxşı təşkil olunmuş formasıdır. Baş 

beyində daim qarşılıqlı təsirdə olan təxminən 100 milyard sinir 

hüceyrələri  (neyronlar)  var.  Lakin  sistemin  mürəkkəbliyi  onu 

təşkil edən elementlərin sayından çox, bu elementlər arasındakı 

əlaqələrin sayı ilə müəyyən edilir. 

İnsan  beyninin  qüvvəsi  müasir  paralel  kompüter  sisteminin 

qüvvəsindən  artıqdır.  İnsanın  uzunmüddətli  yaddaş  tutumu 

potensial olaraq qeyri-məhduddur. 

Bəziləri deyirlər ki,  baş  beyindən kənarda şüur  mövcud ola 

bilməz, başqaları isə təsdiq edirlər ki, şüur, ruh müstəqil mövcud 

ola bilər. Materialistlər göstərirlər ki, düşüncənin kütləsi, enerjisi 

yoxdur. Lakin bunun əksinə olan fikirlər də mövcuddur. Bir çox 

alimlər  belə  hesab  edirlər  ki,  şüur  hadisələri  (hissi  obrazlar, 

fikirlər,  ideyalar)  xarici  gerçəklik  haqqındakı  məlumatdan 

yaranır,  başqalan  isə  deyirlər  ki,  şüur  hadisələri  daxili  əqli 

prosesin nəticəsidir. 

Xarici  əşyalan  gördükdə,  onlar  haqqında  fikirləşəndə  və 

yaxud  bir  şeydən  estetik  zövq  aldıqda,  biz  beyində  nə  baş 

verdiyini  bilmirik.  İnsan  elə  qurulubdur  ki,  şüur  hadisələrində 

ona  məlumat  «təmiz»  şəkildə  verilir.  Məlumatın  bu  yolla 

alınmasına  və  ondan  istifadə  etmək  qabiliyyətinə  biz  həyatın 



ideal 

sahəsi deyirik. Subyektiv obraz yalnız informasiya şəklində 

mövcud  olmur.  Deməli,  ideal  sahə  insan  fəaliyyətinin  mənəvi 

sferasının  qnoseoloji  (idrakı)  ifadəsidir.  Şüurdan  kənarda  ideal 

yoxdur.  İdeal  sahə  -  şüurun  fəlsəfəsi  (dünyagörüşü)  ifadəsinin 

xüsusi formasıdır. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə