Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə289/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   285   286   287   288   289   290   291   292   ...   540
1027 (1)

II. Şüurun fəlsəfəsi 

1.

 



Fəlsəfədə şüur anlayışı 

Şüurun meydana gəlməsi məsələsi ən mürəkkəb məsələlərdən 

biridir. İnsanın və onun şüurunun meydana gəlməsi problemləri 

ilə  xüsusi  elmlər  məşğul  olur,  fəlsəfə  isə  bu  problemlərin  həll 

edilməsi üçün zəruri olan nəzəri əsası hazırlayır. 

Hələ  qədim  mifologiyada  şüuru,  bədəni  idarə  edən  sehirli 

başlanğıcın fəaliyyəti hesab edən fikir sonralar bütün dünyaya aid 

edilir.  Beləliklə,  maddi  olmayan  başlanğıc  təsəvvürü  meydana 

gəlir.  Platonun  şüur  haqqında  dedikləri  də  bu  fikrə  yaxın  idi. 

Onun dediyinə görə insanın bədəni ölür, çünki bədən ölməz ruhu 

özündə  müvəqqəti  saxlayan  yerdir  və  ruhun  quludur;  maddi 

olmayan Kosmos ruhu bütün Kainatı idarə edir. 

Bəzi  alimlər  sübut  etməyə  çalışırlar  ki,  Kainatın  şüuru  və 

yaxud Kosmik ağılın mövcudluğundan danışmaq heç də mənasız 

deyil. Kainatın özü də Yaradıcı Varlıq kimi, hətta tamam başqa 

ölçülü məkanda və bizə məlum olmayan zamanda baş verənləri 

də anlayıb dərk edən Fövqəl şüura malikdir. 

Orta əsrlərdə belə bir fikir də irəli çəkilirdi ki, hələ dünyanın 

yaradılmasından  əvvəl  mövcud  olan  və  dünyanı  heç  nədən 

yaradan qeyri-maddi mənəvi başlanğıc dünyanı indi də idarə edir. 

İnsan şüuru - İlahi şüurun törəməsidir. 

Dekart  təsdiq  edirdi  ki,  yalnız  fikirləşə  bilən  mövcud  olur. 

Beləliklə,  «mən  düşünürəm,  deməli,  mən  mövcudam»  fikri 

şübhəsizdir.  Düşünməyim  dayansa  yəqin  ki,  mənim 

mövcudluğum  da  dayanar.  Dekart  hesab  edirdi  ki,  şüur 

materiyadan asılı deyil. 

Əgər Dekart şüur və materiyanın bir-birindən asılı olmayaraq 

mövcudluğunu qəbul edirdisə. Yeni dövrün tanınmış idealistləri 

hesab  edirdilər  ki,  real  gerçəklik  tamamilə  şüurdan  asılıdır. 

Məsələn, C.Berkli göstərirdi ki, «mənim bir istəyim kifayətdir ki, 

əvvəlki ideyanı sıxışdınb atan müəyyən ideya yaransın». Deməli, 

ideya  ruhun  fəaliyyətidir.  İdealizm  adətən  materiyanı  şüurun 

törəməsi hesab edir. 

253 



Materialist fəlsəfədə isə şüur tamamilə başqa mövqedən şərh 

edilir. Məsələn, Demokrit, Epikur, Lukresi Kar hesab edirdilər ki, 

şüur  insan  bədənindən  asılı  olduğu  kimi,  ətraf  cisimlərin 

təsirindən də asılıdır. Şüur insanla birlikdə meydana gəlir. 

Yeni  dövr  materialistlərinin  şüur  haqqındakı  fikirləri 

ümumiyyətlə antik fəlsəfənin əsas müddəalarını təkrar edir. 

Əgər  idealistlər  şüurun  insan  bədənindən,  onu  əhatə  edən 

maddi  hadisələrdən,  duyğulardan  tam  müstəqilliyini  qəbul 

edirlərsə,  materialistlər,  əksinə,  şüurun  onlardan  tam  asılılığını 

elan edirlər. Əgər idealistlər təfəkkürün, iradənin, ruhun demək 

olar  ki,  hər  şeyə  qadir  olan  fəallığını  irəli  sürürlərsə  və 

materiyanın  passivliyini  xüsusi  qeyd  edirlərsə,  materialistlər 

əksinə, maddi aləmin tam fəallığını göstərirlər. Onların fikrincə, 

əgər  bizim  düşüncələrimiz  reallığı  əks  etdirirsə,  əgər  bu 

əksedilmə yalnız real obyektlərin təsiri ilə müəyyənləşirsə, onda 

bu düşüncələr həmin obyektlərə uyğun gəlməlidir. 

K.Marks yazırdı:  «Şüur heç vaxt başa salınmış varlıqdan başqa 

qeyri bir şey ola bilməz; insanların varlığı isə onların həyatının 

real  prosesidİD>.‘*  V.İ.Leninin  fikrincə,  Marksaqədərki 

materializmin  şüurun  izahında  çatışmayan  əsas  cəhəti  şüurun 

sosial təbiətini görməməsidir və seyrçi xarakter daşıdığına görə 

guya  şüurun  yaradıcı  fəallıq  prinsipini  düzgün  izah  edə 

bilməməsidir,  onun  praktika  ilə  əlaqəsini  üzə  çıxarmamasıdır. 

Marksistlərin dediyinə görə bu çatışmazlığı dialektik materializm 

aradan götürmüşdür. 

2.

 



Əksolunma və şüur 

Şüur  elə  fəlsəfi  kateqoriyadır  ki,  o  bir  tərəfdən,  insanın 

gerçəkliyi məqsədyönlü şəkildə əks etdirməsini ifadə edir, digər 

tərəfdən isə yalnız maddi varlığı əks etdirməklə məhdudlaşmır, o 

həm  də  mənəvi  dəyərlərin  istehsalıdır.  Bu  iki  tərəf  qarşılıqlı 

əlaqədə olmaqla bir-birini tamamlayır. 

Şüur  həyatın  müəyyən  inkişaf  mərhələsində  insanla  birgə 

meydana gəlir. Şüurun meydana gəlməsi probleminin əsas çə- 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə