Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə308/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   304   305   306   307   308   309   310   311   ...   540
1027 (1)

B.H.Jlenıın. 

riCC, 

T.29. c. 152-153. 

274 


1.2.

 

İdrakın subyekti və obyekti 

Subyekt  və  obyektin  qarşılıqlı  münasibəti  fəlsəfənin  əbədi 

problemidir. Fəlsəfə üçün idrakın obyekti bütövlükdə dünya, bu 

dünyaya aid olan bu və ya digər nəticələrin çıxaniması imkanıdır. 

Obyektin  dərk  edilməsi  konkret  obyekt  və  subyekt  arasında 

qarşılıqlı təsir prosesində baş verir. 



İdrakın obyekti

 deyildiyi kimi bütövlükdə dünyanın özü və ya 

onun  hər  hansı  bir  hissəsidir. 

İdrakın  predmeti

  kimi  həmin 

obyektin konkret təzahürlərindən biri çıxış edir. Deməli, obyekt 

tədqiqat  predmetindən  daha  genişdir.  Eyni  bir  obyekt  çoxlu 

tədqiqatların predmeti ola bilər. 

Dərketmə  fəaliyyətinin  subyekti  kimi  fəlsəfədə  ilk  növbədə 

idrak prosesini məqsədyönlü həyata keçirən bir adam (və ya qrup) 

nəzərdə tutulur. Obyekt dərk edilən, subyekt dərk edəndir. Ağıllı 

subyekti  başqalarından  fərqləndirən  cəhət  odur  ki,  o,  vəziyyəti 

bütövlükdə  tam  şəklində  götürə  bilir,  başqaları  üçün  bir-biri  ilə 

əlaqəsi olmayan çoxlu fakt və hadisələrin arxasında gizlənən yolu 

görür və həmin yolla getməyi göstərir. 

İdrak  prosesində  subyekt  və  obyektin  qarşılıqlı  təsirini  iki 

aspektdə  şərh  etmək  olar: 



birinciy

  marksistlərin  irəli  sürdüyü 

fəlsəfənin  əsas  məsələsi  çərçivəsində,  yəni  materiyanın  şüura 

münasibəti daxilində. Obyekt birinci, subyekt ikincidir. 



İkinci- si,

 

subyekt  və  obyektin  qarşılıqlı  təsiri  reallığın  özünün  qarşılıqlı 



təsirdə  olan  iki  formasıdır.  Bu  reallıqda  isə  dərketmə  fəaliyyəti 

nəticədə mənəvi proses kimi çıxış edir. 

«Obyekt»  və  «subyekt»  kateqoriyalan  adətən  həm  ayrı-ayrı 

adamların,  həm  də  bütövlükdə  cəmiyyətin  nəzəri  və  praktiki 

fəaliyyətini  təhlil  etmək  üçün  istifadə  edilir.  Məhz  belə  ümumi 

planda o şeyi obyektiv adlandırmaq olar ki, o obyekt tərəfindən 

müəyyən  edilir  və  subyektdən  asılı  olmayaraq  mövcuddur; 

subyektdən asılı olan hər şeyi subyektiv adlandırmaq olar. Lakin 

subyektiv və obyektivliyi təhlil edərkən nəzərə almaq lazımdır ki, 

yalnız insanın daxili, mənəvi aləminə aid olan və şüura daxil olan, 

başa düşülən hadisələri subyektiv hesab etmək olar. Obyektiv və 

subyektivliyin dialektikası ilk baxışda 



275 


göründüyündən  daha  mürəkkəb  problemdir,  qnoseoloji,  sosial, 

məntiqi, psixoloji və başqa aspektləri özündə birləşdirin Ona görə 

də obyektiv və subyektivliyin dialektikasmı açmaq yalnız fəlsəfə 

üçün deyil, həmişə konkret şəraitdə konkret təhlil tələb etdiyindən 

başqa elmlər üçün də çox vacibdir. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə