Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə316/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   312   313   314   315   316   317   318   319   ...   540
1027 (1)

1.6.

 

Həqiqətin kriterisi (meyarı) anlayışı. 

İdrak prosesində praktikanın rolu 

Hər  hansı  fikrin  həqiqiliyi  və  ya  yanlışlığı  məsələsini  həll 

etmək üsuluna 

həqiqətin kriterisi

 deyilir. 

Dialektik  materializmə  görə  praktika  gerçəkliyin  adekvat 

inikasının  (əks  olunmasının)  fundamental  kriterisidir  (məsələn, 

mühakimənin  həqiqiliyi)  və  həm  də  idrakın  inkişaf  etməsinin 

əsasıdır.  Lakin  həqiqətin  yardımçı  kriteriləri  də  var.  Məsələn, 

empirik mühakimənin həqiqiliyini bir başa empirik metodların 

283 



köməkliyi ilə müəyyən etmək olar (müşahidə, eksperiment və h.). 

Mühakimənin  analitik  həqiqiliyini  isə  yalnız  terminlərin 

mənasını  təhlil  etmək  yolu  ilə  müəyyən  etmək  olar.  Lakin 

həqiqətin  həm  empirik,  həm  də  analitik  kriterisi  son  nəticədə 

maddi kriteriyə - praktikaya dayanır. 

Praktika

  fəlsəfi  kateqoriya kimi  insanlann hər şeydən  əvvəl 

öz  maddi  və  həmçinin  mənəvi  tələbatlarını  ödəməyə  doğru 

yönəltdikləri  maddi-dəyişdirici  fəaliyyəti  deməkdir.  Fəaliyyət 

anlayışı  praktika  anlayışından,  praktika  isə  əmək  anlayışından 

genişdir. 

Marksizmdə  praktika  anlayışı  deyiləndə  -  maddi-əmək 

(istehsal)  və  ictimai-tarixi  fəaliyyət  nəzərdə  tutulur.  K.Marks, 

«Feyerbax  haqqında  tezislər»də  özündən  əvvəlki  materializmi 

tənqid edərək göstərirdi ki, o inqilabi, praktiki-tənqidi fəaliyyətin 

əhəmiyyətini  başa  düşməmişdir.  İnsan  gerçəkliyi  yalnız  onu 

dəyişməkdə dərk edə bilər. 

Praktika  insanın  şüurlu,  məqsədyönlü,  yəni  subyektiv 

fəaliyyətindən  ayrılmazdır.  Başqa  sözlə,  insan  praktikası 

düşünülmüş  yaradıcılıq  və  məqsədli  fəaliyyət  olmadan  həyata 

keçirilə bilməz. 

Ümumiyyətlə,  insan  fəaliyyətinin  tədqiqi  ilə  məşğul  olan 

fəlsəfi  bilik  sahəsinə 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   312   313   314   315   316   317   318   319   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə