Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Sitat götürülüb; Сборник к столетию со дня рождения Макса Планка. М„ 1958, с.60



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə314/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   310   311   312   313   314   315   316   317   ...   540
1027 (1)

Sitat götürülüb; Сборник к столетию со дня рождения Макса Планка. М„ 1958, с.60. 

Ал-Газали. Избавляющий от заблуждения. В кн.: Аверроэс. Опровержение опровержения. 

С.569. 

281 


bilikdə  həqiqəti  seçmək  mümkün  deyil,  lakin  yalanı  daim  üzə 

çıxarmaq və kənarlaşdırmaq yolu ilə həqiqətə yaxınlaşmaq olar. 

Göründüyü  kimi,  həqiqət  haqqında  müxtəlif  fikirlər  var. 

Lakin elmi  idrak metodologiyasında həqiqət  anlayışı  əsasən iki 

cür  yanaşma  çərçivəsində  istifadə  edilir:  formal  metodoloji  və 

tarixi  yanaşma.  Birinci  yanaşma  formal  məntiq  vasitələri  və 

metodlarına  əsaslanır  və  ilk  növbədə  idrakın  nəticələrini  təhlil 

etməyə yönəldilir, ikinci isə əsas diqqətini elmi biliyin inkişafına 

yönəldir. 

Bir çox filosofların fikrinə görə həqiqət həm mütləq, həm də 

nisbi ola bilər. 

Mütləq  həqiqət

  elə  bilikdir  ki,  elmin  sonrakı  inkişafı  onu 

inkar  etmir,  əksinə  getdikcə  o  zənginləşir  və  həyat  tərəfindən 

daim təsdiq edilir. 

Mütləq  həqiqət  obyekt  haqqında  tam  və  hərtərəfli  biliyi 

özündə  birləşdirən  həqiqətə  deyilir.  Elə  buna  görə  də  mütləq 

həqiqət  heç  vaxt  təkzib  edilə  bilməz;  öz  təbiətinə  görə  o 

dəyişməzdir.  Bizim  idrakın  sərhəddi  tarixən  məhduddur, 

praktikanın  inkişaf  etməsi  və  təkmilləşməsi  ilə  əlaqədar 

bəşəriyyət  həmişə  mütləq  həqiqətə  doğru  irəliləyir,  lakin  onu 

axıra  qədər  əhatə  edə  bilmir.  Mütləq  həqiqət  məhdud,  konkret 

bilik sahələrinin daxilində mövcuddur. 

Aksiom və teoremi də çoxları  mütləq həqiqət hesab edirlər. 

Aksiom  deyəndə  müəyyən  qeyri-empirik  sistemdə  bütün 

mümkün  nəticələrin  (sübutlann)  başlanğıc  nöqtəsi  nəzərdə 

tutulur.  Aksiom  öz  aydınlığı,  şübhəsizliyi  ilə  sübuta  ehtiyacı 

olmayan  daimi,  sarsılmaz  həqiqi  müddəa  deyil  (belə  müddəa 

elmdə yoxdur). Aksiom nəzəriyyənin elə elementidir ki, onunla 

birlikdə sübut edilir. Aksiom həmişəlik yaradılan müddəa deyil. 

İş burasındadır ki, aksiom kimi müxtəlif müddəalar seçilə bilər. 

Aksiom  nəzəriyyə  ilə  qarşılıqlı  əlaqədədir.  Məsələn,  Evklid 

həndəsəsində  aksiom  kimi  həm  «üçbucağın  bucaqlarının  cəmi 

180 dərəcədİD) a) müddəasını, həm də «bir düzxət- dən kənarda 

olan nöqtədən həmin düzxəttə yalnız bir paralel xətt çəkmək olar» 

b) müddəasını götürmək olar. Əgər «a» ak 

282 



siom  kimi  götürülsə,  onda  «b»  teorem  olur;  əgər  «b»  aksioma 

hesab edilsə, onda «a» teorem olur. 

Bir çox hallarda həqiqi bilik mütləq həqiqət hesab olunur: 1) 

obyektiv həqiqi məzmun kəsb edəndə; 2) insan idrakının zəruri 

inkişaf mərhələsi olanda, yəni əvvəlki inkişafın nəticəsi, sonrakı 

inkişafın  isə  əsası  olanda;  3)  onun  obyektiv  həqiqi  məzmunu 

idrakın  sonrakı  bütün  inkişaf  mərhələlərində  biliyə  daxil 

edilmədə. 

Din isə mütləq həqiqət problemini çox sadə və asan yolla həll 

edir: yalnız Allah mütləq Həqiqətdir. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə