Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə312/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   308   309   310   311   312   313   314   315   ...   540
1027 (1)

1.4.

 

Mücərrəd (abstrakt) təfəkkür və onun 

formaları 

Mücərrəd  təfəkkür  prosesi  idrakın  nəzəri  səviyyəsində  baş 

verir və üç əsas formada davam edir: anlayış, mühakimə və əqli 

nəticə. 


Anlayış

  elə  təfəkkür  formasıdır  ki,  burada  əşyalann, 

hadisələrin  ən  ümumi,  əsas  və  zəruri  xassələri,  əlamətləri, 

keyfiyyətləri  əks  olunur.  Anlayış  hər  hansı  fikir  hadisəsinin 

əsasını təşkil 

* **


 

А.Адлер. Понять природу человека, с.45. 

**

 Ycno orada, s.47. 

278 


edir, yəni anlayışsız fikir yoxdur. Anlayış adətən söz və cümlə ilə 

ifadə olunur. 

Anlayış - obyektin müxtəlif tərəflərinin cansız ümumiləşməsi 

deyil,  canlı, inkişaf edən bütövdür, obyektin vacib, əhəmiyyətli 

tərəflərini  mərkəzləşdirən  kəsişmə  nöqtəsidir.  Bununla  yanaşı 

elmi anlayışın özü də anlayışlar sistemi olan nəzəriyyənin, elmin 

bir ünsürü kimi çıxış edir. 

Anlayış 


mühakimələrin

  tamamlanmış  cəmidir.  Subyekt 

özünün  zehni  fəaliyyətində  anlayışlardan  istifadə  edərək 

mühakimələr  irəli  sürür.  Bütün  məntiqi mühakimələr  elementar 

vahidlər  kimi  anlayışlardan  düzəldilir.  Anlayış  həmişə  məntiqi 

abstraksiyadır və hissiyyatdan məhrumdur. Anlayışı başa düşmək 

olar, hiss etmək olmaz. 

Mühakimə anlayışlann məntiqi əlaqəsi nəticəsində yaranır və 

onun  köməkliyi  ilə  predmetlərin  bəzi  xassələri  ya  təsdiq,  ya  da 

inkar edilir. 

Z.Freyd demişdir:  «Mühakimənin funksiyası mahiyyətcə iki 

qərara  toxunmalıdır.  O  müəyyən  bir  şeydə  hansısa  keyfiyyətin 

olmasını ya qəbul, ya da inkar etməlidir; o hər hansı təsəvvürdə 

reallığın  mövcud  olmasını  ya  qəbul,  ya  da  inkar  etməlidir. 

Haqqında qərar qəbul ediləsi keyfiyyət əvvəl başdan ya yaxşı, ya 

da pis, ya faydalı, ya da ziyanlı ola bilər»."*^ 

Mühakimə yürütmək üçün xüsusi qabiliyyətə 

intellekt

 deyilir. 

İlkin  əsas  hesab  edilən  bir  neçə  mühakimədən  nəticə  hesab 

edilən  yeni  mühakimə  yaradılmasına 



əqli  nəticə

  deyilir.  Əqli 

nəticə sayəsində düşünən insanın öz əqidəsini sübut etməsi üçün 

hər  dəfə  təcrübənin  məlumatlarına  müraciət  etməsinə  ehtiyac 

qalmaz. Əqli nəticədən istifadə edərək o, təcrübədən azad olur. 

Anlayış,  mühakimə  və  əqli  nəticə  təfəkkür  formaları  kimi 

formal  məntiq  tərəfindən  öyrənilir.  Dialektika  nəzəriyyəsinin 

tərəfdarları  isə  formal,  ənənəvi  məntiqlə  yanaşı  «dialektik 

məntiq» fikrini əsaslandırırlar. Onların dediyinə görə dialektik 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   308   309   310   311   312   313   314   315   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə