edir, yəni anlayışsız fikir yoxdur. Anlayış
adətən söz və cümlə ilə
ifadə olunur.
Anlayış - obyektin müxtəlif tərəflərinin cansız ümumiləşməsi
deyil, canlı, inkişaf edən bütövdür, obyektin vacib, əhəmiyyətli
tərəflərini mərkəzləşdirən kəsişmə nöqtəsidir. Bununla yanaşı
elmi anlayışın özü də anlayışlar sistemi olan nəzəriyyənin, elmin
bir ünsürü kimi çıxış edir.
Anlayış
mühakimələrin
tamamlanmış cəmidir. Subyekt
özünün zehni fəaliyyətində anlayışlardan istifadə edərək
mühakimələr irəli sürür. Bütün məntiqi mühakimələr elementar
vahidlər kimi anlayışlardan düzəldilir. Anlayış həmişə məntiqi
abstraksiyadır və hissiyyatdan məhrumdur. Anlayışı başa düşmək
olar, hiss etmək olmaz.
Mühakimə anlayışlann məntiqi əlaqəsi nəticəsində yaranır və
onun köməkliyi ilə predmetlərin bəzi xassələri ya təsdiq, ya da
inkar edilir.
Z.Freyd demişdir: «Mühakimənin funksiyası mahiyyətcə iki
qərara toxunmalıdır. O müəyyən bir şeydə hansısa keyfiyyətin
olmasını ya qəbul, ya da inkar etməlidir; o hər hansı təsəvvürdə
reallığın mövcud olmasını ya qəbul, ya da inkar etməlidir.
Haqqında qərar qəbul ediləsi keyfiyyət əvvəl başdan ya yaxşı, ya
da pis, ya faydalı, ya da ziyanlı ola bilər»."*^
Mühakimə yürütmək üçün xüsusi qabiliyyətə
intellekt
deyilir.
İlkin əsas hesab edilən bir neçə mühakimədən nəticə hesab
edilən yeni mühakimə yaradılmasına
əqli nəticə
deyilir. Əqli
nəticə sayəsində düşünən insanın öz əqidəsini sübut etməsi üçün
hər dəfə təcrübənin məlumatlarına müraciət etməsinə ehtiyac
qalmaz. Əqli nəticədən istifadə edərək o, təcrübədən azad olur.
Anlayış, mühakimə və əqli nəticə təfəkkür formaları kimi
formal məntiq tərəfindən öyrənilir. Dialektika nəzəriyyəsinin
tərəfdarları isə formal, ənənəvi məntiqlə yanaşı «dialektik
məntiq» fikrini əsaslandırırlar. Onların dediyinə görə dialektik
Dostları ilə paylaş: