Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Ajı-OapaÖH. EcTecTBenHO-nayuHbic xpaKTarbi



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə310/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   306   307   308   309   310   311   312   313   ...   540
1027 (1)

Ajı-OapaÖH. EcTecTBenHO-nayuHbic xpaKTarbi, 

c.269-270.

 

276 


Cavab  hərəkətləri  ona  görə  mümkündür  ki,  orqanizm  xarici 

mühitdən yaranan duyğulan həmin mühitə uyğunlaşdırır. 

İdrakı,  ümumiyyətlə  Allahın  iradəsi  ilə  bağlayan  əl-Fərabi 

hissi  qavrayış  haqqında  yazmışdır:  «Hiss  edilən  əşyalar 

özlüyündə  ağıl  vasitəsilə  qavranmaq  xüsusiyyətinə  malik  deyil, 

ağılla  qəbul  edilənlərə  isə  hisslərlə  qavranılmaq  xas  deyil». 

Göründüyü  kimi  əl-Fərabi  hissi  idrakla  rasional  idrakı  bir- 

birindən  ayınr  və  bunu  aşağıdakı  kimi  əsaslandırırdı:  «Hissi 

qavrayış,  hiss  olunan  əşyaların  obrazlarını  kənar  aksidensiyalar 

ilə  birlikdə  qavrayan  bədən  üzvlərinin  köməyi  olmadan 

bütövlükdə həyata keçirilə bilməz; ağıla əsaslanan idrak isə bədən 

üzvlərinin köməyi ilə baş verə bilməz, çünki bədən üzvündə əks 

olunan nəsə - xüsusi bir hissədir, çox şeyləri əhatə edən ümumi 

isə  -  hər  hansı  bölünən  bir  şeydə  (yəni  xüsusi  hissədə  -  Y.R.) 

yerləşə  bilməz.  Əksinə,  ağılla  qavranılan  şeyləri  insan  ruhu, 

(yəni)  nə  isə  bölünməyən  və  məkansız,  maddi  olmayan 

substansiya  dərk  edir.  Bu  substansiyanın  instinkt  ilə  əlaqəsi 

yoxdur,  hisslər  vasitəsilə  dərk  etmir,  çünki  hökm  (dünyasına) 

aiddir». 

Əşyaların bütöv  obrazı  insanların  şüurunda idrakın  nisbətən 



3

diksək  forması  olan  qavrayış  səviyyəsində  yaranır.  Qavrayış 

duyğulann  əsasında  meydana  gəlir.  Fəqət  qavrayış  duyğuların 

mexaniki cəmi deyil. Bu əşyanın  elə bütöv  obrazıdır ki,  əsasən 

insanın  hiss  üzvlərinin  bilavasitə  qəbul  edə  biləcəyi  xarici 

xassələrin,  keyfiyyətlərin,  əlamətlərin,  tərəflərin  cəmini  özündə 

birləşdirir.  Qavrayış  -  duyğulara  nisbətən  hissi  idrakın  daha 

mürəkkəb  formasıdır.  Obraz  əşya  və  yaxud  onun  təzahürünün 

bilavasitə müşahidə edilən bütöv görkəmdə əks olunmasının ideal 

formasıdır.  Hissi  obrazın  formalaşmasında  abstraksiya 

(mücərrədlik) müəyyən dərəcədə iştirak edir. Əşya haqqında fikir 

və fikrin predmeti eyni şey deyil. Əşya haqqında fikir obrazdır, 

real əşya isə nümunədir. 

«...Şəxs tərəfindən xarici aləmin hissi qavrayışı heç vaxt fo- 

toqrafık  dəqiq  olmur,  çünki  burada  həmin  şəxsin  fərdi 

xüsusiyyətləri və keyfiyyətləri silinməz iz qoyur. Heç kim bütün 

•*- Ajı-OapaÖH. EcTecTBenHO-Haymibte rpaKTaxbi, c.269. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   306   307   308   309   310   311   312   313   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə