Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə306/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   302   303   304   305   306   307   308   309   ...   540
1027 (1)

dəqiq  idrak  nəzəriyyəsi

  filosoflar 

tərəfindən deyil, təbiətşünaslıq elminin nümayəndələri tərəfindən 

yaradılmışdiD>.^’ 

İdrak  anlayışı  hələ  qədim  mütəfəkkirlər  tərəfindən  irəli 

sürülmüşdür.  Məsələn,  Demokrit  idrakı  əksolunma  hesab 

edirdisə,  Platon  əslində  əksolunma  ideyasını  aradan  götürür, 

ruhun  əvvəllər  təmiz  fikir  və  gözəllik  səltənətində  olduğu 

haqqında 

Р.П.Вольф. О философии. М.. 1996, с.39. 

В.А,Лекторский. Эпистемология: классическая и неклассичсская. М., 2001, с.8. 

Г.Рейхенбах. Философия пространства и времени. М.. 1985, с. 14. 

272 



öz  təəssüratını  xatırlamasını  idrak  ilə  eyniləşdirirdi.  Yeni  dövr 

materialistləri əksolunma anlayışını passiv, seyrçi proses şəklində 

izah etmişlər. Bütün dövrlərin idealistləri əksolunma problemini 

inkar edir, idrakı subyektin öz şüurunun, ruhunun dərinliyindən 

çıxartdığı  anlayışlar,  kateqoriyalar,  ideyalar  sistemini  yaratması 

prosesi kimi,  yəni  biliyin öz-özünü  yaratması  prosesi kimi  şərh 

edirlər.  Bu  məsələdə  idealizmin  qüvvətli  tərəfi  dərk  edən 

subyektin,  onun  ruhunun,  şüurunun  yaradıcı  fəallığını  daha  da 

inkişaf etdirməsidir. 

İdrak şüurun məzmununun formalaşması kimi çox mürəkkəb 

prosesdir,  dünya  haqqında  biliyin  əldə  edilməsi  və  inkişafı 

prosesidir.  İdrak  özünün  fikirləşmək,  ətraf  dünyanı,  həmçinin 

özünü  dərk  etmək  qabiliyyətini  göstərən  şüurun  köməkliyi  ilə 

həyata  keçirilir.  Bilik  bütün  idrak  prosesinin  nəticəsidir.  İdrak 

prosesi  fəaliyyətdə  olan  şüurdur.  Bununla  yanaşı  bilik  şüurun 

mövcudluq üsuludur. 

İdrak  tarixən  inkişaf  edən  və  bununla  da  sırf  insani  proses 

kimi biliyin saxlanması, yığılması, çoxalmasıdır. Beləliklə, idrak 

insan şəxsiyyətinin mənəvi inkişafıdır. 

İdrak həm də həqiqətin düşünülmüş şəkildə başa düşülməsi və 

praktikada tətbiq edilməsidir. İdrak da praktika kimi bəzi hallarda 

bir  başa,  bəzi  hallarda  dolayı  yolla  bütün  insan  fəaliyyətini 

xarakterizə edir. 

Bir çox filosoflar və elmin başqa nümayəndələri heç vaxt dərk 

edilməyəcək  və  həll  edilə  bilməyəcək  obyekt  və  problemlərin 

siyahısını tərtib etməyə cəhd göstərmişlər. Məsələn, Yer üzərində 

həyatın  meydana  gəlməsi.  Günəşin  dərinliyi,  insanın  və  onun 

şüurunun yaranması və s. 

Öz təbiətinə görə fəlsəfə təkcə maddi gerçəkliyi deyil, həm də 

şüuru,  insanın  idrak  fəaliyyətini  də  əhatə  edir.  Lakin  bir  insan 

orqanizmin  fizioloji  xüsusiyyətlərinə  əsaslanaraq  nəinki  onu 

əhatə  edən  bütün  gerçəkliyin,  hətta  aynca  bir  obyektin  bütün 

sonsuz  xassə  və  münasibətlərinin  cəmini  belə,  qısa  zaman 

kəsiyində deyil, hətta bütün ömrü boyu da əhatə edə bilməz. 

Fəlsəfədə  aşağıdakı  sualın  böyük  əhəmiyyəti  var:  bizim 

təfəkkürün real dünyanı dərk etmək qabiliyyəti varmı? Alimlərin 



273 


çoxu bu suala müsbət cavab verirlər. Lakin bəzi filosoflar insanın 

dərketmə imkanını ya məhdudlaşdırır, ya da inkar edirlər. Onlara 

aqnostik  deyirlər.  Belə  filosoflardan  biri  də  Kant  olmuşdur.  O, 

deyirdi ki,  biz  yalnız öz  yaratdığlanmız şeylər haqqında bilirik. 

Yeni kantçılar isə əlavə edirlər ki, bu bilik bizim haqqında heç nə 

bilmədiyimiz ilk başlanğıc tərəfindən yaradılır. Çünki onlara görə 

mütləq  biliyə  nail  olmaq  mümkün  deyil,  bizim  biliyimiz  bütün 

problemləri həll edə bilməz. Lakin aqnostiklər ümumiyyətlə elmi 

biliyin gücünü inkar etmirlər. 

Marksist fəlsəfə dünyanın dərk edilməsi məsələsinin həllində 

insanların  sosial-dəyişdirici  fəaliyyətinin  əməli  təcrübəsinə 

əsaslanır.  Təbii  və  sosial  gerçəkliyin  insan  tərəfindən  praktiki 

cəhətdən  mənimsənilməsi  göstərir  ki,  biz  təbiət  və  cəmiyyətin 

obyektiv qanunlarını dərk etmək qabiliyyətinə malikik. V.İ.Lenin 

yazırdı:  «Canlı  müşahidədən  mücərrəd  təfəkkürə  və 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   302   303   304   305   306   307   308   309   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə