Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


И.Кант. Сочинения. В 6-ти rr., Т.З. M.. 1964, с.340



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə302/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   298   299   300   301   302   303   304   305   ...   540
1027 (1)

И.Кант. Сочинения. В 6-ти rr., Т.З. M.. 1964, с.340. 

Yenə orada. Т.6, M.. 1966, s.438. 

Гегель. Энциклопедия философских наук. Т.1, М., 1974, с.415. 

266 


Hegel  real  aləmi  daxili  impuls  kimi  ziddiyyətlərin  təsiri 

altında  inkişaf  edən  mütləq  ağılın  təcəssümü  hesab  edirdi.  O, 

deyirdi ki, ağıl tarixdə şəxsiyyətüstü qüvvə kimi, şüur kimi çıxış 

edir,  varlığı  istiqamətləndirir  və  onu  özünün  xüsusi  şüuruna 

çevirir. 

A.Şopenhauerə görə ağıl xüsusi, başlanğıcdan insana xas olan 

mənəvi  qüvvə  deyil.  Bu  insanda  daha  əhəmiyyətli  təməlin,  ilk 

növbədə  təbii  xüsusiyyətlərin  sönməsinin  ağır  nəticəsidir. 

F.Nitsşe isə ağılın qabiliyyətinə qarşı daha kəskin çıxış edir. O, 

ağılı tor toxuyan «xəstə hörümçək» hesab edirdi. Həmin tor insan 

həyatını dolaşdırır, onu qurudur və cansız bir hala gətirir. 

Freydizmə  görə  isə  ağıl  başqa  psixi  hadisələrin  mənfi  təsiri 

altındadır.  Freydin  davamçısı  E.Fromm  yazmışdır:  «Freyd 

göstərmişdir ki, insanın ən qiymətli və insani keyfiyyəti olan ağıl 

özü  də  ehtiraslann  pozğun  təsirinə  məruz  qalır  və  yalnız  bu 

ehtirasları  başa  düşmək  ağılı  azad  edə  bilər,  onun  normal  işini 

təmin edər».^‘ 

K.Yaspersin  əsərlərində  «ağıl»  anlayışı  almanlara  xas  olan 

qaydada  qəbul  edilir.  Yəni  «ağıl»  dəqiq  olaraq  «düşüncə»dən 

fərqlənir.  Yaspersə  görə  düşüncə  ayırır,  fərqləndirir,  ağıl  isə, 

əksinə, birləşdirir, bizə yalnız xüsusi biliklə kifayətlənməyi yasaq 

edir; elm xüsusi biliklə məhdudlaşır. 

Ağıl  və  düşüncə  kateqoriyalarının  dialektikasının  əsasını 

nəzəri idrakdakı ziddiyyətlər təşkil edir. Məlumdur ki, nəzəriyyə 

həmişə prinsipcə sistemli xarakter daşımalıdır, lakin hər dəfə yeni 

ideyalann təzyiqi altında bu sistemin dağılması qaçılmazdır. Bu 

ziddiyyətlərdə  sabitlik  və  sistemlik  momenti  -  ağıl  kateqoriyası 

ilə, dəyişgənlik və tarixilik momenti isə - düşüncə kateqoriyası ilə 

təmsil  olunur.  Beləliklə,  nəzəri  idrakda  düşüncə  və  ağıl 

momentləri arasındakı ziddiyyət nəzəri (elmi) idrakın, bununla da 

ümumiyyətlə idrakın hərəkətverici qüvvəsi kimi çıxış edir. Lakin 

bu  o  demək  deyil  ki,  ağıl  və  düşüncə  bütün  hallarda  yalnız 

ziddiyyətdə  olurlar;  onlar  eyni  zamanda  bir-birini  qarşılıqlı 

şərtləndirirlər. Ağıl mövcud bilik 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə