Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə299/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   295   296   297   298   299   300   301   302   ...   540
1027 (1)

Yenə orada, s.I26. 

Б.Расссл. Логический атомизм. Аналитическая философия; становление и развитие. М., 

1998, C.25.



 

264 


Bu  qətiyyən  0  demək  deyil  ki,  dil  anlayışına  tərif  verərək 

fəlsəfə xüsusi elmlərin nəticələrini diqqətdən kənarda qoymalıdır 

və yaxud qoya biləD),^** 

4.3.

 

Mənlik şüuru 

Ümumiyyətlə, şüurun ayrılmaz hissəsi olan mənlik şüuruna - 

insanın özü-özünü əks etdirməsi, özünü ətraf dünyadan ayırmaq 

qabiliyyəti,  özünün  dünyaya  münasibətini,  bir  şəxsiyyət  kimi 

bütövlükdə  özünü,  özünün  hərəkətlərini,  düşüncələrini, 

maraqlannı,  ideallarını  və  s.  başa  düşmək  və  qiymətləndirmək 

daxildir. 

Hegelə  görə  mənlik  şüuru  öz-özlüyündə  kifayət  deyil,  onun 

başqa adamın mənlik şüuru olduğunun qəbul edilməsinə ehtiyacı 

var. Lakin bundan sonra o öz doğruluğunu, öz varlığına inamını 

itirir. «Mənlik şüuru özü-özündə və özü üçün ona görə və onun 

sayəsində  ola  bilir  ki,  o  özündə  və  özü  üçündür,  kiminsə 

başqasmmdır (mənlik şüurudur),  yəni o nə isə qəbul olunan bir 

şeydir».^^ 

Başqa  adamın  mənlik  şüuru  ilə  dialoq  prosesində  bizim 

mənlik şüuru özündən kənara çıxır, özünü başqa birisinin mənlik 

şüuru  ilə  eyniləşdirir.  Yalnız  bu  yolla  özünü  başa  düşmək  və 

qarşılıqlı  anlaşma  mümkün  olur.  Biz  başqasının  bizə 

münasibətinə  cavab  veririk,  özümüzün  daxilində  başqasına  da 

belə münasibət yaradırıq. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   295   296   297   298   299   300   301   302   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə