Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Н.Ф.Овчишшков. Знание - боевом нерв философском мысли. - Вах: Жури. «Вопросы



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə298/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   294   295   296   297   298   299   300   301   ...   540
1027 (1)

Н.Ф.Овчишшков. Знание - боевом нерв философском мысли. - Вах: Жури. «Вопросы 

философии». № 2, 2001, с. 125. 

263 


kret  insanı,  təfəkkür  mədəniyyətinin  ölçüsünü  görürük. 

Məsələnin qoyuluşundan asılı olaraq dil bizim üçün həm vasitə, 

həm öyrənmə predmeti, həm də fəali)

7

ət məqsədi ola bilƏD).^** 

XX əsrdə Böyük Britaniyada, ABŞ-da, Kanadada, həm də bir 

sıra  Avropa  ölkələrində  «linqvistik  dönüş»  adlanan  hadisə  baş 

verdi,  dil  fenomeninə  nəzəri  marağın  yeni  dalğası  qalxdı. 

B.Rassel yazmışdır: «Mən hesab edirəm ki, dilin fəlsəfəyə təsiri 

dərin  və  demək  olar  ki,  dərkedilməz  olmuşdun>.^*  Bu  sahədə 

analitik  fəlsəfə  xüsusən  fərqlənir.  L.Vitgenşteyn  göstərirdi  ki, 

təbii  dillər  məntiqi  formalan  gizlətdiyi,  kölgədə  saxladığı  üçün 

«yalançı  problemlərin»  mənbəyi  olur.  Analitik  fəlsəfədə  riyazi 

məntiq dili nümunəvi dil sayılır. Vena dəməyi dili, xüsusən elm 

dilini  təhlil  etmək  ənənəsini  davam  etdirir.  Məntiqi  pozitivizm 

çərçivəsində «vahid elm» ideyası və ideal dil yaratmaq vəzifəsi 

irəli sürülür. 

XX  əsrin  30-cu  illərində  R.Kamap  elm  dilinin  məntiqi  sin- 

taksisi problemini irəli sürür. Elm dilinin yenidən qumiması təbii 

dilə yaxınlaşmaq vəzifəsi kimi başa düşülür. 

Bir çox filosoflar hesab edirlər ki, həm nəzəri, həm də praktiki 

fəlsəfə dilin təhlili ilə qırılmaz bağlıdır; başqalan isə deyirlər ki, 

fəlsəfə  bütövlükdə  dil  fəlsəfəsidir.  Məsələn,  alman  filosofu 

K.-O.Apel  (1922)  yazır:  «Kəskin  formada  demək  olar:  «ilk 

fəlsəfə»  artıq  «təbiət»in  və  yaxud  «şeylərin  mahiyyə-  ti»nin 

(ontologiyanın)  tədqiq  edilməsi  olmadığı  kimi,  o  həmçinin 

«təsəvvürlər»,  «şüur  anlayışları»  və  yaxud  «ağıl»  üzərində 

refleksiya  da  (idrak  nəzəriyyəsi  də)  deyil.  O  daha  çox  «dil 

ifadələrinin»  «əhəmiyyəti»  və  «mənası»  üzərində  refleksiyadır 

(dilin təhlilidir). Buna əlavə etmək olar ki, yalnız «nəzəri fəlsəfə» 

mənasında «ilk fəlsəfə» deyil, həm də «praktiki fəlsəfə», məsələn 

«metaetika»  kimi  etika  da  metodiki  olaraq  dilin  tətbiq 

edilməsinin fəlsəfi təhlili vasitəsilə ifadə edilməlidir, deməli dilin 

fəlsəfəsi olmalıdır. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   294   295   296   297   298   299   300   301   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə