Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


 А.Адлер. Попять природу человека. СПб, «Академический проект», 1997, с.46



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə295/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   291   292   293   294   295   296   297   298   ...   540
1027 (1)

20 А.Адлер. Попять природу человека. СПб, «Академический проект», 1997, с.46. 

260 


4.2. Şüur və dil 

İnsanın həyat fəaliyyəti prosesində şüurun meydana gəlməsi 

ilə  əlaqədar  fikir  və  ünsiyyətin  universal  ifadə  vasitəsi  olan  dil 

meydana gəlir və formalaşır. Dilin yardımı ilə insanlar arasında 

fikir mübadiləsi həyata keçirilir. 

Platon demişdi ki, təfəkkür «ruhun özü ilə səssiz danışması- 

diD>. 

Aristotel  isə  belə  deyirdi:  «Beləliklə,  səs  ahənglərində  nə 



varsa,  təsəvvürlərin  qəlbdəki  işarələridir,  yazılardäkılar  isə  səs 

ahənglərində  olanlann  işarəsidir.  Yazı  hamıda  eyni  olmadığı 

kimi, səs ahəngləri də eyni olmur. Lakin, eyni təsəvvürlərə uyğun 

əşyalar eyni olduğu kimi, işarələri bilavasitə səs ahənglərindəki 

kimi olan qəlbdəki təsəvvürlər də hamıda eynidir».^' 

Platonun  ideyalarından  sonra  başlayan  və  indiyə  qədər  öz 

təsirini  saxlayan  belə  anlayış  yarandı:  dil  və  təfəkkür  qırılmaz 

əlaqələrlə bağlıdır. 

Dil və təfəkkürün qarşılıqlı əlaqəsi haqqında əsas müddəalar 

bunlardır: 1) şüur və dil öz mənşəyinə görə qarşılıqlı əlaqədədir; 

2) dil insanlann zehni fəaliyyətinin baş verdiyi maddi formadır; 3) 

öz-özlüyündə  dil  praktiki,  gerçək  şüurdur;  onun  baş  funksiyası 

insan  ünsiyyətinin  ən  əsas  vasitəsi  olmasıdır.  Dili  praktiki  şüur 

adlandırarkən, hər şeydən əvvəl onun məqsədyönlü, instrumental 

fəaliyyətini nəzərdə tuturuq. 

Dilin  və  təfəkkürün  ümumiliyi  o  deməkdir  ki,  onlar  bir- 

birindən təcrid olunmuş şəkildə mövcud ola bilməzlər, onlar bir 

bütöv halında birləşiblər. Təfəkkürün belə vəhdətdəki xüsusiyyəti 

ondan  ibarətdir  ki,  o  ruhi  fəaliyyətin  ali  formasıdır  və  ideal 

hadisələr  növünə  aiddir.  Əgər  təfəkkür  vahidləri  (anlayış, 

mühakimə  və  s.)  gerçəkliyin  ideal  obrazıdırsa,  dilin  vahidləri 

(söz, cümlə və s.) əşya və hadisələrin şərti obraz və modelləridir. 

Onlar  məna  (məzmun)  və  səslənmənin,  yazılış  formasının 

vəhdətidir. Bu vəhdətin maddi tərəfi işarədir. 

Dilin  aşağıdakı  formalanm  ayınrlar:  ədəbi  dil,  xalq  danışıq 

dili, loru dil, ərazi dialekti, sosial dialekt. Dilin formaları daha 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə