Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


  3. Şüur və ictimai inkişaf (marksist baxış)



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə291/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   287   288   289   290   291   292   293   294   ...   540
1027 (1)

256 


3. Şüur və ictimai inkişaf (marksist baxış) 

İnsan  şüurunun  meydana  gəlməsinin  səbəbləri  məsələsində 

Çariz  Darvin  özünün  təkamül  nəzəriyyəsində  bioloji  amillərin 

həlledici  rolundan  bəhs  edirdi.  Marksizm  isə  şüuru  ictimai 

inkişafın məhsulu hesab edir. Bu barədə F.Engelsin «Meymunun 

insana  çevrilməsi  prosesində  əməyin  rolu»  əsərində  ətraflı 

danışılır.  Engelsin  fikrincə  əməyin  inkişafı  ilə  əlaqədar  insanın 

gerçəkliyə  prinsipcə  tamamilə  yeni  münasibəti  meydana  gəlir. 

Əmək zəruri olaraq düşüncə aparatının olmasını tələb edir, çünki 

bu  aparatın  köməkliyi  ilə  arzu  olunan  nəticəni  ideal  formada 

təsəvvür  etmək  mümkün  olur,  yəni  məqsəd  əvvəlcədən 

müəyyənləşdirilir və onu həyata keçirmək vasitələri tapılır. Sonra 

Engels  sübut  etməyə  çalışır  ki,  əmək  fəaliyyəti  təfəkkürün, 

mənlik şüurunun inkişafı, insanın özünü ətraf mühitdən ayırmaq 

qabiliyyəti,  dilin  ünsiyyət  və  qarşılıqlı  anlaşma  vasitəsi  kimi 

inkişafı üçün həlledici amildir. 

Beləliklə,  marksistlərin  fikrinə  görə  şüur  ictimai-tarixi 

məhsuldur,  əmək  fəaliyyətinin  və  dilin  meydana  gəlməsi  və 

inkişafı  prosesində  insan  cəmiyyəti  ilə  birgə  yaranır  və  yalnız 

sosial mühitdə, fərdlərin daimi ünsiyyəti şəraitində formalaşır. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə