Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Ajı-OapaÖH. EcrecrBeıiHo-nayMHbic TpaKTaTbi. c



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə293/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   289   290   291   292   293   294   295   296   ...   540
1027 (1)

Ajı-OapaÖH. EcrecrBeıiHo-nayMHbic TpaKTaTbi. c.

249-250.

 

258 


4.1.

 

Şüur və mənəvi-ruhi fəaliyyətin ali formaları: 

təfəkkür, yaddaş, iradə (volya), emosiya 

Təfəkkür

 

dünyanın 



anlayışlarda, 

mühakimələrdə, 

nəzəriyyələrdə və s. fəal ifadə olunması sahəsində bu və ya digər 

məsələlərin  həlli  ilə,  dünyanın  dərk  edilməsini  ümumiləşdirən 

vasitələrlə bilavasitə əlaqədə olan ali şüur formasıdır. 

Şüur təfəkkür ilə eyni deyil. Rasional idrakdan (təfəkkürdən) 

başqa, insanın fərdi şüuru gerçəkliyin hiss üzvləri vasitəsilə əks 

olunmasını  da  əhatə  edir  (duyğu,  qavrayış,  təsəvvür).  İnsanın 

emosiya və həyəcanlan da buraya daxildir. 

İnsan 


təfəkkürünün 

meydana 


gəlməsi 

probleminin 

bütövlükdə  elmi  bilik  üçün  fundamental  əhəmiyyəti  var.  Öz 

dəyərinə  görə  bu  problem  Kainatın  və  Yer  üzərində  həyatın 

yaranması problemləri ilə müqayisə edilə bilər. Çünki, elm üçün 

bu  problem  də  həmin  problemlər  kimi  çətindir.  Din  isə  bu 

problemləri çox sadə və asan həll edir: hər şeyi yaradan Allahdır. 

Yaddaş

 insanın həyat fəaliyyəti prosesində sonradan istifadə 

etmək  üçün  keçmiş  haqqında  məlumatlan  saxlamaq  və  yenidən 

hasil etmək qabiliyyətinə deyilir. Yaddaşm maddi daşıyıcısı 100 

milyard neyrondur. 

Bir çox heyvanlarda da müəyyən dərəcədə yaddaş qabiliyyəti 

var.  Lakin  davranış  determinasiyasının  (zəruri  səbə-  biyyət 

əlaqəsinin) bioloji formaları şəraitində heyvanlar öz strukturuna 

görə çox məhdud fəallıq formalarına malikdirlər. Bu formalardan 

yalnız  bioloji  tələbatın  bilavasitə  ödənilməsinə  gətirənlər 

yaddaşda qalır, qalanları isə tədricən yox olur. 

İnsan  təfəkkürü  yaddaşda  saxlanılan  bilikdən  istifadə 

edilməsinə əsaslanır. Yaddaş daha çox qavrayışlardan qidalandığı 

üçün  qavrayışlar  dünyası  ilə  sıx  əlaqədə  olur.  Lakin  yaddaşın 

funksiyasını  yalnız  daxil  olan  məlumatların  sadəcə  olaraq  qeyd 

olunması  ilə  məhdudlaşdırmaq  olmaz.  Əksinə,  yaddaş 

strukturlarının iştirakı sayəsində daxil olan məlumatlann tez bir 

vaxtda seçilməsi, subyekt qarşısında duran həyati vəzifələrin həll 

edilməsi üçün lazım olan məlumatların fəal axtanşı mümkün olur. 

259 



Bizim indiki fikrimiz ilə onun keçmiş obyekti arasındakı vaxt 

boşluğu həmin obyektin yenidən dirçəldilməsi ilə deyil, fikrin bu 

qəbildən  olan  məsafəni  aradan  götürmək  qabiliyyəti  ilə 

doldurulur. Başqa sözlə, indi ilə keçmiş arasındakı uçurum yalnız 

indiki fikrin keçmiş haqqında düşünmə qabiliyyəti ilə deyil, həm 

də  keçmiş  fikrin  indiki  zamanda  dirçəlməsi  qabiliyyəti  ilə 

doldurulur. Belə əməliyyatı həyata keçirən fikrə yaddaş deyilir. 

Yaddaş haqqında Avstriya psixoloqu 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə