Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Аристотель. Сочинения. В 4-х тт., Т.2. М.. 1978. с.93



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə296/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   292   293   294   295   296   297   298   299   ...   540
1027 (1)

Аристотель. Сочинения. В 4-х тт., Т.2. М.. 1978. с.93. 

261 


mükəmməl  və  az  mükəmməl  kimi  ierarxik  şəkildə  bir-biri  ilə 

əlaqədə olurlar. 

Təbii  dil  elmi  anlayışlann  ilk  ifadə  vasitəsi  olmuşdur,  lakin 

mürəkkəbləşən  bilik  süni  işarə  sistemlərinin  də  məsələn,  riyazi 

dilin meydana gəlməsinə səbəb oldu. 

Nə üçün insanlar əsasən yazı,  yəni təsəvvürlər və anlayışlar 

üçün  deyil,  məhz  səslər  üçün  işarə  sistemi  yaratdılar?  Yazı, 

partnyorlar  (tərəf-müqabillər)  arasında  ünsiyyət  vasitəsi  kimi 

nəzərdə  tutulub,  çox  vaxt  bir-birindən  çox  uzaqda  olduğundan 

onlar  ola  bilsin  ki,  şəxsən  heç  görüşmürlər.  Ona  görə  də  bu 

prosesin  meydana  gəlməsini  nəzərdən  keçirərkən  təbii  olaraq 

ehtimal  etmək  olar  ki,  burada  müəyyən  mənada  bioloji  tələbat 

əsas  deyil.  Burada  birgə  yaşayışın  sosial  təşkili  ilə  şərtlənən 

tələbat həlledici rol oynaya bilər. Yalnız yazı, bilavasitə danışıq 

əlaqələrinin  məhdud  məkan  və  zaman  sərhədlərindən  kənara 

çıxmasına imkan verir. 

Nəticə  etibarilə  yazı  müəyyən  fikir  kimi  özü  də  insanların 

idrak  fəaliyyətinin  predmeti  olmuşdur.  Bu,  əlbəttə,  insan 

idrakının  inkişafının  daha  sonrakı  mərhələsində  baş  vermişdi. 

Fikrin  yazı  vasitəsilə  ifadə  edilməsinin  çoxdan  başlamış 

təkmilləşmə prosesi indi də davam edir. 

Bununla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  insan  dilinin 

başlanğıc və əsas forması şifahi nitqdir. Onun vasitəsilə istənilən 

məzmunlu fikri ifadə etmək olar. 

Platon  göstərirdi  ki,  yazı  çoxlu  problemlər  yaradır  və  şifahi 

sözə bir sıra şübhəli xidmət göstərir. İlk növbədə Platon yazını - 

sofıst  saxtakarlığı,  həqiqi  biliyin  mnemotexnika^^  ilə  əvəz 

olunması  hesab  edirdi.  Onun  fikrincə  yazı,  təbii  yaddaşın 

itirilməsinə  və  yaxud  pozulmasına  gətirib  çıxarır;  daha  sonra. 

Platona  görə  yazıda  sadə  kütlə  başlanğıcı  üstünlük  təşkil  edir, 

belə  ki,  onun  məlumatı  hər  bir  konkret  ünvan  üçün 

uyğunlaşmayıb. Aristokratik şifahi söz isə həmişə konkret insana 

və  yaxud  auditoriyaya  yönəlir.  Bu  mənada  yazı  öz 

məsuliyyətsizliyi  ilə fərqlənir, çünki  onun müəllifi artıq onu nə 

istiqamətləndirə, nə də nəzarət edə bilir. Platon deyirdi ki,  yazı 

həmçi- 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə