Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə294/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   290   291   292   293   294   295   296   297   ...   540
1027 (1)

Alfred  Adlerin

  (1870- 

1937)  fikirləri  də  maraqlıdır.  O,  yazır:  «...Təsadüfi  və  mənasız 

xatırlama yoxdur. Yaddaş seçicidir. Biz yalnız o halda bu və ya 

digər  xatırlamaya  qiymət  verə  bilərik  ki,  onun  məqsəd  və 

vəzifəsinin nə olduğunu  qətiyyətlə deyə bilək. Soruşmaq lazım 

deyil  ki,  biz  bir  şeyi  yadda  saxlaya  bilirik,  başqasmı  isə 

unuduruq.  Biz  o  hadisələri  yada  salınq  ki,  onlan  xatırlamaq 

konkret  psixoloji  səbəbə  görə  bizim  üçün  vacibdir;  çünki  bu 

xatırlama  gözə  görünməsə  də  hər  hansı  vacib  impulsun 

yaranmasına  kömək  edir.  Analoji  olaraq,  hər  hansı  bir  planı 

həyata  keçirməkdən  bizi  yayındıran  hadisələri  yaddan 

çıxannq».^® 

İradə

  (volya)  insanın  bu  və  ya  digər  hərəkətləri  icra  etmək 

üçün şüurlu olaraq müəyyən məqsədə doğru can atmasıdır. Lakin 

hər  bir  şüurlu  hərəkət  -  iradə  deyil.  İradə  aktında  əsas  məsələ 

hərəkətin  məqsədini  dəyərləndirməyi,  həmin  məqsədin 

şəxsiyyətin prinsip və normalarına nə dərəcədə uyğun gəlməsini 

başa düşməkdir. 

Volyuntarizm  adlanan  fəlsəfə  iradəni  (volyanı)  insanın 

mənəvi  həyatının  bütün  başqa  təzahürlərindən,  o  cümlədən 

təfəkkürdən üstün hesab edir. İradə, insana öz qanunlarını diktə 

edən kor, ağılsız dünya başlanğıcı sayılır. 

Emosiya

 (frans. «emotion» - sarsıdan, həyəcanlandıran) insan 

və heyvanların daxili və xarici qıcıqlandırmalara qarşı subyektiv 

reaksiyasına deyilir. Belə reaksiya ləzzət almaq və yaxud əksinə

ilo-ah, sevinmək və ya qorxmaq, sevmək və ya nifrət etmək və s. 

formalarda təzahür edir. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   290   291   292   293   294   295   296   297   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə