Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə292/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   288   289   290   291   292   293   294   295   ...   540
1027 (1)

4.

 

Şüur və insanın mənəvi-ruhi dünyası 

Şüur - fəlsəfənin əsas anlayışlanndan biri kimi yalnız insana 

xas olan hadisəni ifadə edir və insanın mənəvi-ruhi fəallığının ən 

yüksək mərhələsini göstərir. 

Ruh və ondan törəyən şüur özünün bütün formalan ilə birlikdə 

insanın  mənəvi  dünyasını  təşkil  edir.  Bu  fəlsəfənin  daimi 

problemidir. 

Ruh (lat. «spritus», yun. «pneuma») - antik fəlsəfədə «hərəkət 

edən  hava»,  «havanın  əsməsi»,  «nəfəs»  (həyat  daşıyıcısı  kimi) 

mənasında  işlədilirdi.  Ruh  elə  mahiyyətdir  ki,  bədəni  ya 

müvəqqəti, ya da daimi tərk edə bilər; o həyatın özüdür; Allahın 

mahiyyətidir; Allah Ali Ruhdur, insan ruhu İlahidən gəldiyi üçün 

ölməzdir; ruh bütün dünyanın daxili mahiyyətidir: 

257 



yerin  ruhu,  dünyanın  ruhu;  ruh  incəsənət  əsərinin  ideya 

məzmunudur; nəyinsə daxili mənəvi, məsələn, dövrün ruhu, milli 

ruh, korporativ ruh və s. xarakteristikasıdır. 

Platon  və  yeni  platonçulara  görə  ruh  bədəndən  əvvəl 

mövcuddur  və  ölməzdir.  Sufilərin  fikrincə  ruh  ilahi  mənşəyə 

malikdir və bədənin ölümündən sonra öz əslinə qayıdır (Allaha 

qovuşmaq yollan haqqında artıq danışmışıq). 

Əl-Fərabi isə göstərirdi ki, ruh bədənlə eyni vaxtda meydana 

gəlir.  O,  yazırdı:  «Bədən  cisimdir.  Onun  bir  hissəsində,  məhz 

ürəyin dərinliyində yerləşən ruh canın ilk saxlanılan yeridir. Ruh, 

Platonun dediyi kimi, bədəndən əvvəl mövcud ola bilməz, eləcə 

də  ruhun  köçməsi  təliminin  tərəfdarlarının  dediyi  kimi  bir 

bədəndən başqa bədənə keçə bilməz. 

Bədənin  ölümündən  sonra  ruh  həm  məmnunluq,  həm  də 

iztirab  keçirir.  Belə  vəziyyət  nəyə  layiq  olmalarından  asılı 

olmayaraq müxtəlif ruhlarda fərqli olur. Bütün bunlar zərurət və 

ədalət ilə müəyyən edilir».” 

Ruh haqqında olduqca çox fikirlər var. Burada isə bizi daha 

çox şüur problemi maraqlandırır. 

Şüurun özü subyekt deyil, onun ruhi fəaliyyətinin nəticəsidir. 

İnsanın bioloji təbiəti onun beyni ilə birlikdə şüurun yaranması 

üçün zəruri təbii şəraiti təşkil edir, lakin öz-özlüyündə təfəkkürün 

və  praktiki  fəaliyyətin  subyekti  deyil.  Burada  insanın  ictimai 

təbiətinin  böyük  rolu  var,  çünki  cəmiyyətdən  kənarda  subyekt 

yoxdur. Təfəkkür öz təbiətinə görə cəmiyyət ilə qırılmaz surətdə 

bağlıdır. 

Subyekt  və  obyektin  qarşılıqlı  təsir  prosesində  subyekt  fəal 

tərəf kimi çıxış edir, obyektə təsir edir, onu dəyişdirir və məhz bu 

prosesdə  təfəkkür  gerçəkliyin  nəzəri  cəhətdən  mənimsənilməsi 

vasitəsi kimi daha da təkmilləşir. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə