Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə300/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   296   297   298   299   300   301   302   303   ...   540
1027 (1)

4.4.

 

Ağıl və düşüncə 

Ağıl və düşüncə - təfəkkür fəaliyyətinin iki səviyyəsini ifadə 

edən fəlsəfi kateqoriyalardır. 

Ağıl - insan ruhunun elə qabiliyyəti, elə fəaliyyətidir ki, yalnız 

səbəbi  müəyyənləşdirməyə  deyil,  həm  də  dəyərlərin  dərk 

edilməsinə,  predmet  və  hadisələrin  universal  əlaqəsinə  və  bu 

əlaqələr daxilində məqsədəuyğun fəaliyyətə doğru yö- 

■‘’Bax: Журн. «Вопросы философии», № 1, 1997, c.78. 

Гегель. Сочинения. T.IV. M., 1934, c.99. 

265 



nəlir.  Ağılın  yardımı  ilə  dünyanı  başa  düşmək  cəhdinə 

rasio- 

nalizm

 deyilir. 

Orta əsr ərəb filosofu İbn Rüşd deyirdi ki, yalnız bir fəal ağıl 

mövcuddur - İlahi ağıl, o da fərdin intellektini fəallaşdırır. Bütün 

insanlar  üçün  bir  ümumi,  əbədi  ağıllı  Ruh  mövcuddur,  fərdi 

ruhlar isə ölür. 

Kanta görə, düşüncə həmişə sonlu, məhdud xarakter daşıyır, 

ağıl  isə  elə  təfəkkürdür  ki,  sonsuz,  şərtsiz  və  mütləq  olanı 

tapmağa  çalışır.  Təfəkkür  -  təcrübə  sahəsində  vəhdəti 

formalaşdırmaq  qabiliyyətidir.  Bu  qabiliyyətdə  Kant  iki 

səviyyəni  ayırır:  qaydalar  (yəni  kateqoriyalar)  vasitəsilə  vəhdət 

yaradan  düşüncə  və  prinsiplər  vasitəsilə  düşüncə  qaydalannın 

vəhdətini  yaradan  ağıl.  Bu  o  deməkdir  ki,  ağıl  hissi  idrakın, 

təcrübənin  materiallarını  deyil,  düşüncənin  özünü  təşkil  edir. 

Kant yazırdı: «Bizim hər cür biliyimiz hisslərdən başlayır, sonra 

düşüncəyə  keçir  və  ağılda  qurtarır;  bizdə  müşahidə  materialını 

işləyib  hazırlamaq  və  onu  təfəkkürün  ali  vəhdətinə  çatdırmaq 

üçün ağıldan yüksək heç nə yoxdun>.^* 

Kanta  görə  ağıl mühakimə və əqli nəticəyə əsaslanır. Onun 

fikrinə görə «...ağıl xüsusini ümumidən çıxarmaq və bu xüsusini 

prinsiplərə  görə  və  nə  isə  zəruri  bir  şey  kimi  təqdim  etmək 

qabiliyyətidir.  Beləliklə,  ağıla  əsas  müddəalara  görə 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə