Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Э.Фромм. Психоанализ и религия. В ки.: Сумерки богов. М., 1990, с. 147



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə303/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   299   300   301   302   303   304   305   306   ...   540
1027 (1)

Э.Фромм. Психоанализ и религия. В ки.: Сумерки богов. М., 1990, с. 147. 

267 


sistemindəki  ziddiyyətləri  üzə  çıxarır,  gələcəkdə  yeni  nəzəri 

sistemin yaranması üçün əsas olan yeni ideyalar irəli sürür. 

Beləliklə, biliyi müəyyən sistemə salmaq qabiliyyəti düşüncə 

ilə bağlıdır. Düşüncəyə əsaslanaraq ağıl yaradıcı idrak fəaliyyəti 

kimi çıxış edir, gerçəkliyin mahiyyətini açmağa çalışır. Təfəkkür 

ağıl  vasitəsilə  idrakın  nəticələrini  sistemləşdirir,  yeni  ideyalar 

yaradır. 

5.

 

Şüurun yaradıcı xarakteri 

İnsan  şüuru  həmişə  gerçəkliyin  əks  olunmasını  qabaqlayan 

müəyyən bilik şəklində mövcud olur. İnsanın məqsəd və planları 

arzu  olunan  gerçəkliyin  ideal  modelidir.  Şüurun  bu  qabiliyyəti 

elm  sahəsində  öncədən  görmədə  daha  aydın  təzahür  edir. 

Gerçəkliyin  inkişaf  qanunauyğunluqlannı  dərindən  bilmək 

məlum  olmayan  hadisələri  əvvəlcədən  demək,  hadisələrin 

sonrakı inkişafını öncədən görmək imkanı verir. 

Beləliklə, şüur yaradıcı xarakter daşıyır, xarici aləmə fəal təsir 

etmək, öz tələbatına uyğun olaraq onu yenidən dəyişmək imkanı 

verir.  İnsan  şüuru  nəinki  yalnız  əks  etdirir,  o  həm  də  yaradır. 

Yaratmaq yenini kəşf etmək və yenini qurmaq deməkdir. 

Ağıl  insana  xidmət  etməyəndə  yaradıcı  deyil,  dağıdıcı 

qüvvəyə  çevrilir.  Qədim  yunan  dramaturqu 



Sofoklun

  (b.e.ə. 

460-408) dediyi kimi, ağıl insana xidmət etməyəndə çox qorxulu 

olur. 


Yarandığı  gündən  insan  həmişə  özünün  fiziki  və  zehni 

əməyini  yüngülləşdirməyə  çalışıb.  O,  indiki  mərhələdə  «süni 

intellekt» yaratmağa nail olub. 

Bir  çox alimlər ehtiyat  edirlər ki,  müasir dövrdə  süni ağılın 

hansı  təhlükəni  daşıdığının  başa  düşülməməsi  bəşəriyyəti  çox 

ciddi təhlükə ilə üzləşdirə bilər. Onların fikrincə, elektronikada 

öz-özünü  öyrədən  sxemlərin  və  yüzlərlə,  bəzən  minlərlə 

kompüteri birləşdirən nəhəng informasiya şəbəkələrinin meydana 

gəlməsi  ilə  insan  əslində  onları  nəzarətdə  saxlamaq  imkanını 

itirir. 


268 


Belə  narahatlıq  üçün  müəyyən  əsas  olmasına  baxmayaraq, 

süni  intellekti  nəzarətdə  saxlayan  tədqiqatçılar  lap  əvvəldən 

insanın  öz  intellektinin  köməyi  ilə  həyata  keçirdiyi  funksiyanı 

yerinə  yetirə  biləcək  texniki  sistemlər  yaratmağı  qarşılarına 

məqsəd qoyublar. 

Süni  intellekt  tamamilə  təbii  intellektdən  asılı  olmayaraq 

mövcud olan bir şey deyil; o təbii intellektin texniki, instrumental 

davamıdır, onun zehni qabiliyyətinin gücləndiricisidir. 

Süni  intellekt  sistemi  sayəsində  insan  mürəkkəb  sistemləri 

modelləşdirmək,  onları  dərk  etmək,  idarə  etmək  və  bu  yolla 

özünün  sinir  sisteminin  psixofizioloji  məhdudluğunu  aradan 

qaldırmaq qabiliyyəti qazanır. 

Alimlər  insan  beyni  ilə  kompüter  arasında  daha  sıx  əlaqəni 

həyata  keçirmək  üçün  beyin  protezləri  hazırlamaq  istəyirlər. 

Başqa sözlə, beyinin müəyyən defısitlə işləməsini kompensasiya 

etmək və yaxud insan beyninin imkanlanm əhəmiyyətli dərəcədə 

genişləndirmək  üçün  onun  işini  qeyri-adi,  yeni  ölçü  rejiminə 

keçirmək nəzəri cəhətdən mümkündür. 

Əgər  real  neyronlar  şüurun  əsasıdırsa,  onda  süni  neyronlar 

yaratmaq yolu ilə süni şüur da hazırlana bilər. Lakin belə proqnoz 

çox  mübahisəlidir,  çünki  insan  beyni  çox  mürəkkəbdir,  onun 

şüuru  ilə  emosiyası,  iradəsi  arasındakı  qarşılıqlı  əlaqə  isə  daha 

mürəkkəbdir. 

Son  dövrlərdə  Qərbi  Avropa  və  Şimali  Amerikada  geniş 

yayılan  fikirlərdən  biri  də  odur  ki,  şüur  zehni  yaradıcılıqda 

başlanğıc  olsa  da,  əsas  işi  burada  şüuraltı  proseslər  görür. 

Məsələn,  C.Merfı  «Sizdəki  şüuraltımn  gücü»  kitabında  yazır: 

«...Sizdəki  şüuraltı  fikrinizin  yaxşı  və  pis,  doğru  və  yalan 

olmasını  yoxlamır,  yalnız  sizin  fikir  və  təsəvvürlərinizə  uyğun 

olaraq  təsirə  cavab  verir.  Əgər  siz  işin  müəyyən  cəhətlərinin 

doğruluğuna əminsinizsə, onda sizin fikir obyektiv olaraq düzgün 

olmasa  da,  şüuraltı  həmin  fikri  müvafiq  qaydada  qəbul  edir  və 

müvafiq qaydada ona reaksiya verİD>.^^ 

Deməli,  bu  fikrə  görə  şüur  istiqamətləndirir,  nəticəni  isə 

şüuraltı çıxarır. «Sizin şüuraltı etiraz etmir, sizin şüur nəyi tək- 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə