Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


” Дж.Мерфи. Cıtna вашего подсознания. Ростов-на-Дону, «Феникс», 1997, с.56



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə305/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   301   302   303   304   305   306   307   308   ...   540
1027 (1)

” Дж.Мерфи. Cıtna вашего подсознания. Ростов-на-Дону, «Феникс», 1997, с.56. 

Yenə orada, s.l08. 

■'* Yenə orada, s.2l3. 

^

 Yenə orada, s.228. 

270 


III.

 

idrak fəlsəfəsi: qnoseologiya (epistemologiya) 

1.

 

İdrakın fəlsəfi anlayışı 

1.1.

 

İdrak biliyin formalaşması və inkişafı prosesidir 

İdrak nəzəriyyəsi (qnoseologiya və ya epistemologiya) nəzəri 

fəlsəfənin elə hissəsidir ki, burada idrakın təbiəti, onun imkanları 

və  hüdudları,  biliyin  reallığa  münasibəti,  idrakın  subyekt  və 

obyekti kimi problemlər öyrənilir; idrak prosesinin ümumi ilkin 

şərtləri,  biliyin  doğruluq  şərtləri;  həqiqətin  krite-  risi  (meyarı), 

idrakın forma və səviyyələri və bir sıra başqa problemlər tədqiq 

edilir.  Başqa  sözlə  idrak  -  biliyin  qazanılması  və  inkişaf 

etdirilməsi,  onun  daim  dərinləşdirilməsi,  genişləndirilməsi  və 

təkmilləşdirilməsi prosesidir. 

İnsanların malik olduqlan bilik həm də onlann şəxsi və ictimai 

kapitalıdır. Yüksək inkişaf etmiş müasir cəmiyyətlərin sərvəti çox 

hallarda  bilik  sayəsində  meydana  gəlib,  bilikli,  təhsilli  adamlar 

tərəfindən yaradılıb. 

«Epistemologiya» termini qədim yunanca «episteme» (bilik) 

sözündən  götürülüb.  Yuxarıda  deyildiyi  kimi,  fəlsəfənin  bir 

hissəsidir,  idrak  prosesinin  ümumi  cəhətlərini  və  onun  nəticəsi 

olan  biliyi  öyrənir.  Biliyin  təhlili  varlıq  haqqında  təlim 

(ontologiya)  ilə  yanaşı  ənənəvi  olaraq  nəzəri  fəlsəfənin  hissəsi 

hesab  edilir.  Yeni  Avropa  klassik  fəlsəfəsində  bu  təhlil  adətən 

«insan  ağılı»  haqqında  ümumi  təlim  çərçivəsində  həyata 

keçirilirdi. 

Məsələn, 

bizim 


idrak 

haqqında 

indiki 

təsəvvürlərimizin əsasını qoymuş böyük filosoflar Dekart, Lokk, 

Leybnis,  Yum,  Kant  məhz  belə  hesab  etmişlər.  XIX  əsrin 

ortalarından  başlayaraq  fəlsəfənin  bu  hissəsi  ayrıca  fəlsəfi  fənn 

kimi başa düşülmüşdür. Onu həmin dövrdə adətən qnoseologiya 

(yun.  «gnosis»  -  idrak)  adlandırmışlar.  Son  onilliklərdə 

«epistemologiya» termini daha çox ingilisdilli ölkələrdə işlədilir. 

Bəzi  filosoflar,  məsələn,  K.Popper,  yalnız  elmi  idrakın 

öyrənilməsini epistemologiyaya aid edir. 

Bir  çox  elm  sahələri  də  idrak  problemləri  ilə  məşğuldur. 

Məsələn,  R.Volfun  yazdığı  kimi:  «...psixologiya  da  idrakı 

öyrənir, lakin epistemologiya idrakın daxili mexanizmi ilə az ma 



271 


raqlanır,  bizim  necə  fikirləşməyimizi,  nə  bilməyimizi  müəyyən 

etməyin,  sübut  etməyin  və  ya  təsdiq  etməyin  mümkünlüyü  ilə 

məşğul oluD>.^’ 

İnsanın yaranması ilə bərabər idrak da meydana gəlir. 

Bütün  materialistlər  belə  hesab  edirlər  ki,  idrak  gerçəkliyin 

əks olunmasının xüsusi formasıdır; əksetmə materiyanın ümumi 

xassəsidir.  Dialektik  materializmə  görə,  ümumiyyətlə  şüur 

əksolunmanm  ali  formasıdır;  belə  əksolunma  isə  insanın 

mənafeyinə uyğun olaraq əmək, istehsaletmə fəaliyyəti əsasında 

ətraf gerçəkliyi dəyişmək yolu ilə yalnız insan cəmiyyətində baş 

verir, deməli, yalnız insana məxsusdur. 

XX əsrin 30-cu illərində Sovetlər Birliyində V.İ.Leninin idrak 

haqqında  görüşləri  ehkamlaşdınidı,  son  dərəcə  ideologiya- 

laşdınldı və «Leninin inikas nəzəriyyəsi» adlandınidı. Lakin rus 

filosofu  V.A.Lektorskinin  dediyi  kimi  «duyğunu  «obyektiv 

aləmin  subyektiv  obrazı»  hesab  etmək  sadəlövh  sensualizm 

mövqeyini  ifadə  edir  və  hər  halda  keçən  əsrin  ortalannda  qəti 

olaraq anaxronizmə çevrilir».^® 

Miflərdə  və  kosmoqonik  fərziyyələrdə  olduğu  kimi  idrak 

fəaliyyəti hər şeydən əvvəl dünyanın təbiətini, onun strukturunu 

və  insanın  burada  tutduğu  yeri  başa  düşmək  istiqamətinə 

yönəldilib. 

Bir  çox  müasir  Avropa  alimlərinin  fikrincə,  son  dövrlərdə 

idrak nəzəriyyəsi ilə filosoflardan daha çox təbiətşünaslıq elminin 

nümayəndələri  məşğul  olurlar.  Məsələn,  alman  filosofu  və 

məntiqşünası  H.Reyhenbax  (1881-1953)  hesab  edir  ki,  «qəribə 

olsa  da  XIX-XX  əsrlərdə 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   301   302   303   304   305   306   307   308   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə