Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə309/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   305   306   307   308   309   310   311   312   ...   540
1027 (1)

1.3.

 

Hissi idrak və onun əsas formaları 

İdrak - öyrənilən şeylərin hiss üzvlərinin köməkliyi ilə insan 

tərəfindən  əks  etdirilməsindən  başlayır.  Əl-Fərabi  deyirdi: 

«Hissiyyat sahəsi - yaradılan dünyadır. Yaradılandan və hökmdən 

yüksəkdə olan (yəni ilk Varlıq - Y.R.) həm hissiyyatdan, həm də 

ağıldan  gizlidir.  Lakin  onun  gizliliyi  onun  açılmasından 

fərqlənmir,  belə  ki.  Günəşin  qarşısı  bir  az  tutulanda  o  xüsusən 

aydın  görünür  və  gözü  qamaşdırmır...»."“  İnsanın  hiss  üzvləri 

nəinki bir-biri ilə əlaqədardır, həm də qarşılıqlı olaraq bir-birinə 

nəzarət edir. Hissi idrak müəyyən formalarda baş verir. 



Duyğu,

 Xarici aləmin əşya və hadisələri insanın hiss üzvlərinə 

təsir göstərərək, müxtəlif duyğular  yaradır: işıq,  forma, bərklik, 

iy, dad və s. Ayrılıqda götürülmüş hər bir duyğu insanın şüurunda 

bütöv əşyanın bəzi xüsusiyyətlərini, tərəflərini əks etdirir. Duyğu 

-  ən  sadə  hissi  obrazdır.  Əksolunmanın  hissi  mərhələsində 

psixikası olan heyvanlarda onların fiziologiyası ilə müəyyənləşən 

birtərəfli  obrazlar  formalaşır.  Müxtəlif  növlərə  mənsub  olan 

orqanizmlərdə,  onların  təşkil  olunmasından,  hiss  üzvlərindən, 

tələbatlarından və s. asılı olaraq eyni orijinalın (əşyanın) obrazı 

oxşar  olduğu  kimi,  həm  də  tamamilə  müxtəlif  ola  bilər.  Lakin 

insanlarda  mücərrəd  təfəkkür  səviyyəsində  belə  birtərəflilik 

aradan götürülür. 

Yalnız duyğulara əsaslanan fəlsəfə insan biliyinin səbəblərini 

izah edərkən çox böyük çətinliklərə rast gəlir. 

Qavrayış

 ətraf mühit haqqında seçmə informasiya verməkdir. 

Bu özlüyündə fəal prosesdir və belə fəaliyyət nəticəsində yaşayış 

üçün əhəmiyyətli olan modellər seçilir və quraşdırılır. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   305   306   307   308   309   310   311   312   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə