Məhz insan, tədricən özündə gerçəkliyin hissi-konkret, subyektiv
obrazını toplamaq və empirik cəhətdən ümumiləşdirmək
qabiliyyətini əldə etmək və inkişaf etdirmək imkanından başqa,
həm də öz məzmununa görə anlayış, mühakimə və əqli nəticə,
yəni fikri abstraksiya formasında tam bilik almaq imkanı qazanır.
K.Marks yazırdı: «İnsan təfəkkürünün predmet həqiqiliyinə malik
olması məsələsi heç də nəzəriyyə məsələsi deyil, praktiki
məsələdir. Öz təfəkkürünün həqiqiliyini, yəni gerçəkliyini və
qüdrətini, dünyəviliyini - insan praktikada sübut etməlidir.
Praktikadan təcrid olunmuş təfəkkürün gerçəkliyi və ya gerçək
olmaması haqqında mübahisə sırf sxolastik məsələdir».'*’
XX əsr Avropa filosoflarının çoxu marksizmin praktika
haqqında olan fikirləri ilə razı deyil. Məsələn, fransız filosofu
T.V.Adorno
(1903-1969) nəzəriyyə və praktikanın əlaqəsi
haqqında demişdir: «Heç də təsadüfi deyil ki, marksist fəlsəfədə
formalaşdırılan və sonralar Lenin tərəfindən nəzəri cəhətdən
inkişaf etdirilən nəzəriyyə ilə praktikanın birliyi haqqında fikir,
ümumiyyətlə, nəticədə hər hansı nəzəri mənadan məhrum
«diamat»m kor doqmasına (ehkamına) çevrildi. Burada
praktisizm görkəmində həm sonsuz irrasionalizm, həm də
repressiyaya və insanı əzməyə söykənən praktika üzə çıxır».^®
Praktikanın həqiqətin meyan (kriterisi) olması fikrində
müəyyən həqiqət var. Lakin hər bir elmi nəzəriyyə hökmən
praktikada yoxlanıla bilməz. Elmi nəzəri)^ə o halda sübut
olunmuş hesab edilir ki, onun doğruluğu məntiqi vasitələrlə təsdiq
edilir, yəni bir mühakimənin doğruluğu əvvəllər sübut olunmuş
və yoxlanılmış mühakimənin köməkliyi ilə əsaslandı- nlır. Ancaq
ən sadə həqiqətlər öz təsdiqini tez tapa bilər. Fəlsəfi həqiqətlər isə
yalnız bütün bəşəriyyətin tarixi inkişaf praktikasında təsdiq edilir.
Bir çox filosof və məntiqçilərin dediyi kimi həqiqətin
universal kriterisi mümkün deyil. Elmi nəzəriyyədə əsas məsələ
həqiqətə yaxınlaşma ideyasıdır. Bəzi fikirlər faktlara uyğun-
Dostları ilə paylaş: