Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə317/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   313   314   315   316   317   318   319   320   ...   540
1027 (1)

praksiologiya

  (yun.  «praktikos»  -  fəallıq) 

deyilir. 

Sosial  fəlsəfə

  fəaliyyəti  şəxsiyyətin  sosiallaşması  üsulu 

kimi  nəzərdən  keçirir. 

Sosiologiyada

  fbaliyyət  (sosial  hərəkət) 

sosial  orqanizmin  başqalarına  yönəlmiş  subyektiv  motivasiyası 

ilə xarakterizə edilən və şəxsiyyət ilə cəmiyyət arasında əlaqəni 

təmin edən hüceyrəsi kimi tədqiq edilir. 

Ontologiyada 

fəaliyyət 

insanın elə varlıq formasıdır ki, burada onun mövcudluq qüvvəsi 

daha  yaxşı  üzə  çıxır. 



İdrak  nəzəriyyəsində 

maddi  olan 

hissi-əşyavi fəaliyyət nəzərdən keçirilir. 

Fəlsəfədə  fəaliyyətə  -  insana  xas  olan  və  xarici  aləmin 

məqsədəuyğun  olaraq  dəyişdirilməsinə  yönəldilən  aktivliyin 

xüsusi  forması  kimi  tərif  verilir.  İnsan  fəaliyyəti  düşünülmüş, 

məqsədyönlü hərəkətdir. 

Materialistlərə görə maddi-dəyişdirici fəaliyyət insana özünü 

başa düşən subyekt kimi təbiətdən aynimaq imkanı verdi. 

284 



Məhz insan, tədricən özündə gerçəkliyin hissi-konkret, subyektiv 

obrazını  toplamaq  və  empirik  cəhətdən  ümumiləşdirmək 

qabiliyyətini  əldə  etmək və inkişaf etdirmək imkanından başqa, 

həm  də  öz  məzmununa  görə  anlayış,  mühakimə  və  əqli  nəticə, 

yəni fikri abstraksiya formasında tam bilik almaq imkanı qazanır. 

K.Marks yazırdı: «İnsan təfəkkürünün predmet həqiqiliyinə malik 

olması  məsələsi  heç  də  nəzəriyyə  məsələsi  deyil,  praktiki 

məsələdir.  Öz  təfəkkürünün  həqiqiliyini,  yəni  gerçəkliyini  və 

qüdrətini,  dünyəviliyini  -  insan  praktikada  sübut  etməlidir. 

Praktikadan  təcrid  olunmuş  təfəkkürün  gerçəkliyi  və  ya  gerçək 

olmaması haqqında mübahisə sırf sxolastik məsələdir».'*’ 

XX  əsr  Avropa  filosoflarının  çoxu  marksizmin  praktika 

haqqında  olan  fikirləri  ilə  razı  deyil.  Məsələn,  fransız  filosofu 

T.V.Adorno

  (1903-1969)  nəzəriyyə  və  praktikanın  əlaqəsi 

haqqında demişdir: «Heç də təsadüfi deyil ki, marksist fəlsəfədə 

formalaşdırılan  və  sonralar  Lenin  tərəfindən  nəzəri  cəhətdən 

inkişaf  etdirilən  nəzəriyyə  ilə  praktikanın  birliyi  haqqında  fikir, 

ümumiyyətlə,  nəticədə  hər  hansı  nəzəri  mənadan  məhrum 

«diamat»m  kor  doqmasına  (ehkamına)  çevrildi.  Burada 

praktisizm  görkəmində  həm  sonsuz  irrasionalizm,  həm  də 

repressiyaya və insanı əzməyə söykənən praktika üzə çıxır».^® 

Praktikanın  həqiqətin  meyan  (kriterisi)  olması  fikrində 

müəyyən  həqiqət  var.  Lakin  hər  bir  elmi  nəzəriyyə  hökmən 

praktikada  yoxlanıla  bilməz.  Elmi  nəzəri)^ə  o  halda  sübut 

olunmuş hesab edilir ki, onun doğruluğu məntiqi vasitələrlə təsdiq 

edilir,  yəni  bir mühakimənin doğruluğu  əvvəllər  sübut olunmuş 

və yoxlanılmış mühakimənin köməkliyi ilə əsaslandı- nlır. Ancaq 

ən sadə həqiqətlər öz təsdiqini tez tapa bilər. Fəlsəfi həqiqətlər isə 

yalnız bütün bəşəriyyətin tarixi inkişaf praktikasında təsdiq edilir. 

Bir  çox  filosof  və  məntiqçilərin  dediyi  kimi  həqiqətin 

universal kriterisi mümkün deyil. Elmi nəzəriyyədə əsas məsələ 

həqiqətə yaxınlaşma ideyasıdır. Bəzi fikirlər faktlara uyğun- 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   313   314   315   316   317   318   319   320   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə